1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


VTB (Azərbaycan) Facebook vasitəsilə kreditlərin verilməsinə başladı
23.07.2020

Bank VTB (Azərbaycan) Facebook vasitəsilə kreditlərin verilməsi xidmətini təklif edir. İndi müştərilər krediti onlayn sifariş edib və bir neçə dəqiqə ərzində bankın razılığını ala bilər. 

Xidmət bankın Facebook Messenger-dəki Direct  çat-botu üzərindən reallaşdırılır. Məhsulun rəsmiləşdirilməsi bir neçə toxunuşla həyata keçirilir. Sifariş vermək üçün müştəri messencerin menyusunda “Kredit almaq” xidmətini seçməli və açılan pəncərədə kreditin məbləği, gəliri, eləcə də şəxsiyyət vəsiqəsinin FİN- kodunu daxil etməlidir. 

Əlavə sənəd tələb olunmur. Sorğuya cavab iki dəqiqə ərzində gəlir. Bundan sonra bankın nümayəndəsi müştəri ilə əlaqə saxlayır və krediti almaq üçün ona uyğun filial və vaxtı müəyyən edir. 

 “Biz anlayırıq ki, kredit üçün müraciət etdikdə müştərilər operativ və rahat qərarlar gözləyir. Məhz, buna görə bank müştərilər arasında populyar olan Facebook kanalından istifadə  etməyə başladı və onlara yeni məsafəli kredit rəsmiləşdirilməsi üsulunu təklif etdi. Bu, kredit üçün müraciət etdikdə filiala gəlmədən vaxta qənaət etməyə imkan verir. Əminəm ki, sadəliyi və rahatlığı hesabına müştərilər arasında bu xidmətə tələbat yüksək olacaq”,- deyə VTB (Azərbaycan)-ın Rəqəmsal bank layihə ofisinin rəhbəri Kamilla Şahbazova bildirib.

VTB (Azərbaycan) illik 18% ilə 300 manatdan 10 000 manatadək kredit təklif edir.  

Kredit 6 aydan 36 ayadək verilir. 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment