1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı tibb sektorunda fəaliyyət göstərən sahibkarlara dəstək verir
20.07.2020

Azərbaycan Beynəlxalq Bankı xüsusi fəaliyyət sahələri ilə məşğul olan sahibkarlar üçün kampaniyaya start verib. COVID -19  pandemiyasına qarşı mübarizə dövründə tibb sahəsinin prioritet olduğunu nəzərə alaraq bu kampaniyadan ilk növbədə əczaçılıq və tibbin başqa sahələri ilə məşğul olan sahibkarlar faydalanacaqlar.

Kampaniya çərçivəsində bu sektorda fəaliyyət göstərən iş adamlarına Azərbaycan Beynəlxalq Bankı geniş çeşidli kredit paketi təqdim edir. Sahibkarlar bankın “Tərəfdaşlara anında dəstək”, “İnvoysların maliyyələşdirilməsi”, “Əmək haqqı layihəsinə dəstək”, “Dövriyyə krediti”, “İnvestisiya krediti”, “Biznes refinans” kredit məhsulunun, E-POS və E-COM kredit xəttinin üstünlüklərindən faydalana bilərlər. 

Hər bir  məhsul üzrə 1 milyon manatadək kreditləri aşağı faizlərlə, heç bir xidmət haqqı ödəmədən əldə etmək olar. Bu fürsətdən müvafiq sahələrdə fəaliyyət göstərən hər bir iş adamı yararlanaraq biznesini inkişaf etdirə bilər. Kredit üçün Bankın bütün filiallarına müraciət etmək mümkündür.  

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı sahibkarlara məsafədən bank hesabı  açmaq imkanı da yaradıb. Bundan başqa, iş adamları Bankın təqdim etdiyi IBA Link xidmətindən faydalanaraq virtual POS-terminal əldə edib elektron kommersiya sistemlərini qurmaqla onlayn satışlar həyata keçirə bilərlər.  

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment