1 USD 1.7000   1 EUR 1.9035   1 AED 0.4629   1 ARS 0.0284   1 AUD 1.1882   1 BRL 0.4200   1 BYN 0.8080   1 CAD 1.3007   1 CHF 1.7479   100 CLP 0.2275   1 CNY 0.2435   1 CZK 0.0748   1 DKK 0.2548   1 EGP 0.1060   1 GBP 2.2284   1 GEL 0.5936   1 HKD 0.2183   100 IDR 0.0122   1 ILS 0.4915   1 INR 0.0238   100 IRR 0.0040   100 JPY 1.5578   1 KGS 0.0243   100 KRW 0.1470   1 KWD 5.6030   1 KZT 0.0045   100 LBP 0.1128   1 MDL 0.0986   1 MXN 0.0904   1 MYR 0.4134   1 NOK 0.1931   1 NZD 1.1410   1 PLN 0.4466   1 RUB 0.0274   1 SAR 0.4530   1 SDR 2.3463   1 SEK 0.1824   1 SGD 1.2596   1 TJS 0.1753   1 TMT 0.4857   1 TRY 0.2858   1 TWD 0.0565   1 UAH 0.0714   100 UZS 0.0179   1 XAG 30.4661   1 XAU 2574.8115   1 XPD 3240.8884   1 XPT 1615.7480   1 ZAR 0.1214   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
ətraflı məlumat
 













Digər xəbərlər


UNEC-də “Davamlı İnkişafın Sosial-İqtisadi Problemləri” mövzusunda 55-ci beynəlxalq konfrans keçirilib
25.06.2020

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Sosial və İqtisadi İnkişaf qurumunun (Economic Social Development – ESD) təşkilatçılığı ilə UNEC-in 90 illik yubileyinə həsr olunan “Davamlı İnkişafın Sosial-iqtisadi Problemləri” mövzusunda onlayn formada 55-ci beynəlxalq konfrans keçirilib.

Konfransda təşkilatçılarla yanaşı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Milli Məclis və digər dövlət qurumlarının rəhbər şəxsləri, AMEA-nın həqiqi və müxbir üzvləri, dünyanın elm və təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov “COVID-19” pandemiyasının yaratdığı problemlərin dünya iqtisadiyyatının inkişafına mənfi təsirindən danışaraq, gələcəyin iqtisadiyyatında yeni enerji siyasətlərinin ortaya çıxmasının, asan və keyfiyyətli rabitə sistemlərinin, eləcə də rəqəmsal şirkətlərin sürətli inkişafının qaçılmaz olduğunu qeyd edib, rəqəmsal texnologiyaların həyatımızın bütün sahələrini əhatə edəcəyini vurğulayıb. Rektor pandemiyanın ali təhsil sektorunda da köklü dəyişikliklərin əsasını qoyduğunu, baş verən proseslər fonunda distant təhsilin daha adekvat təhsil sistemi kimi özünü təsdiqlədiyini diqqətə çatdırıb. Professor Ədalət Muradov beynəlxalq konfransda davamlı inkişafla bağlı daha dərin elmi baxışların ortaya qoyulacağından əminliyini ifadə edib.

Təşkilat Komitəsinin Prezidenti Domagoj Cingula beynəlxalq konfransın artıq ikinci dəfədir ki, UNEC-lə birgə keçirildiyini diqqətə çatdıraraq, əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini bildirib.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili UNEC-in ölkədə intellektual kapitalın və kadr potensialının inkişafında mühüm rol oynadığını qeyd edib, dünyanın aparıcı universitetləri ilə ikili diplom proqramları çərçivəsində kadr hazırlığını Azərbaycanın dayanıqlığı inkişafına mühüm töhfə adlandırıb. T.Mirkişili iqtisadi qanunvericiliyin möhkəmləndirilməsi istiqamətində rəhbərlik etdiyi komitə ilə UNEC arasında əməkdaşlığın vacibliyini bildirib.

Təhsil nazirinin müavini İdris İsayev konfransın mövzusunun əhəmiyyətini vurğulayaraq, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın hədəflərindən söz açıb. UNEC-in son dövrdəki fəaliyyətində mühüm yüksəlişlərin əldə olunduğu diqqətə çatdırıb.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova dünyada və ölkədə baş verən iqtisadi proseslərdən bəhs edib. Azərbaycan dövlətinin yeni çağırışlara çevik cavab verdiyini, pandemiya və postpandemiya dövrü üçün tədbirlər planının qəbul edildiyini bildirib. Davamlı inkişafın təmin olunmasında yüksək ixtisaslı kadrlara tələbatın daha da artdığını deyən nazir müavini, UNEC-in bu vəzifənin öhdəsindən layiqincə gəldiyini vurğulayıb.

Sonra Zagreb Universitetinin professoru Marijan Cingula dünyadakı texnoloji inkişafdan, eləcə də iqtisadi və siyasi proseslərin elm və təhsil sahəsinə təsirindən danışıb. UNEC-in   Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov “Bir kəmər, bir yol”: meqalayihənin həyata keçirilməsində Azərbaycanın iştirakı” mövzusunda çıxış edib.

Konfrans işini plenar iclaslarda davam etdirib. Qeyd edək ki, beynəlxalq konfransa dünyanın 20-dən çox ölkəsindən 386 elmi məqalə təqdim olunub. Məqalələr Web of Science bazasna daxil olan jurnallarda nəşr olunacaq.

 


     



08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü
15.05.2020
Müseyib Əhmədov
Mərkəzi Gömrük Hospitalının ortoped-travmatoloqu
24.02.2020
Anar Həsənov
“AccessBank”ın İdarə Heyətinin Sədri
04.02.2020
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının cərrah-transplantoloqu
 
25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment