10 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50102179S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 8 investor tərəfindən qiyməti 99.4773 AZN (6.76%) olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 98,266,200.00 AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4773 AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4773 AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 98,266,200.00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 08.07.2020