1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının cərrah transplantoloq, m.r.c.s. Dr. Kamran Beydullayevi “Həkimlərimizi tanıyın!” rubrikasında
05.06.2020

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə yüzlərlə xəstə insanı həyata qaytaran həkim, ümumi cərrah, cərrah transplantoloq, m.r.c.s. Dr. Kamran Beydullayevi təqdim edirik.

Dr. KAMRAN BEYDULLAYEV Azərbaycanda ilk dəfə 2020-ci ilin fevral ayında canlıdan-canlıya qaraciyər transplantasiyası zamanı donor əməliyyatını tam laparoskopik üsulla icra edib. Texniki cəhətdən çox çətin və bilik, bacarıq tələb edən bu əməliyyatın Mərkəzi Gömrük Hospitalında icra edilməsi böyük bir nailiyyətdir.

23 illik cərrahlıq təcrübəsi olan Dr. Kamran Beydullayev etdiyi əməliyyatların sırasında qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi əməliyyatları, mədə, nazik və yoğun bağırsaq və proktoloji əməliyyatlar, yırtıqlar, dəri və yumşaq toxumaların xəstəlikləri zamanı icra edilən cərrahi əməliyyatlar, endokrin vəzi xəstəlikləri əməliyyatları və böyrəküstü vəzi əməliyyatları daxildir. Bütün əməliyyatlar həm açıq, həm də laparoskopik yolla icra edilir.

Dr.Kamran Beydullayev 1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra cərrahiyyə üzrə internatura təhsili almış və 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışmışdır. 2007-ci ildə imtahanlarını müvəffəqiyyətlə verərək İngiltərə Kral Cərrahlar Kollecinin ümumi cərrahiyyə diplomunu almışdır. O, 2008 -2009-cu illərdə Türkiyənin İzmir şəhərində Kent Hospitalda orqan transplantasiyası üzrə təlim keçmişdir.

2009-2018-ci illərdə müxtəlif özəl tibb müəssisələrində orqan transplantasiyası şöbəsində həkim-cərrah kimi çalışan Dr. Kamran Beydullayev 2018-ci ildən Mərkəzi Gömrük Hospitalında ümumi cərrah və cərrah transplantoloq kimi fəaliyyət göstərir. O, müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 15-ə yaxın elmi məqalənin müəllifidir. Dr. Kamran Beydullayev Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/kamran-beydullayev. Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment