1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank BTB-nin 2019-cu il üzrə təsdiqlənmiş Audit Hesabatı
05.06.2020

Bank BTB KPMG Audit Azərbaycan  şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına cavab verən 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb: https://bit.ly/3cs0t7m

Bank BTB-nin xalis mənfəəti kəskin artıb. Bank BTB 2019-cu ili 3 milyon 033 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci il ilə müqayisədə 2019-cu ildə Bankın xalis mənfəəti 21% artaraq 3 milyon 033 min manat təşkil edib. Qeyd edək ki, Bank BTB 2018-ci ili 2 milyon 500 min manat xalis mənfəət ilə başa vurmuşdur.

Bank BTB-nin gəlirlərində artım müşahidə edilir. Bankın maliyyə göstəricilərinə əsasən qeyd edək ki, Bank BTB-nin 2019-cu ildə cəmi gəlirləri 30 milyon 497 min manat, cəmi xərcləri isə 27 milyon 464 min manat təşkil edib.

Kredit portfelində artım. 2019-cu ilin sonunda müştərilərini kredit məhsulları ilə təmin edən Bank həmin dövr ərzində kredit portfelini 17% artıraraq ümumi kredit portfelini 225 milyon 844 min manata çatdırmağa nail olmuşdur.

Depozit porfelində artım. Həmçinin, 2019-cu il ərzində bankın depozit portfeli 146 milyon 021 min manata çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artmışdır. 

Faiz və qeyri-faiz gəlirlərində artım müşahidə olunub. Belə ki, Bank BTB-nin faiz gəlirləri ötən ilin bu dövrü ilə müqayisədə 19 milyon 572 min manatdan 22 milyon 507 min manata, qeyri-faiz gəlirləri isə 6 milyon 546  min manatdan 7 milyon 990 min manata yüksəlmişdir.

Faiz və qeyri-faiz xərclərində artım. Müqayisə olunan dövrdə Bank BTB-nin faiz xərcləri 10 milyon 887 min manatdan 11 milyon 952 min manata, qeyri-faiz xərcləri isə 12 milyon 731 min manatdan 15 milyon 512 min manata çatmışdır.

Müştəri portfeli artıb. Müştəri portfelini genişləndirən Bank BTB 2019-cu il ərzində fiziki şəxs müştərilərinin sayında 24%, hüquqi şəxs müştərilərinin sayında 30%, plastik kartların sayında 31% artıma nail olmuşdur.

Bank BTB-nin məcmu kapitalı artıb. 2019-cu il ərzində Bank BTB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 23.68%, məcmu kapitalının adekvatlıq əmsalı 27.86% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan dəfələrlə yüksək olub.

İşçilərinin sayında artım müşahidə edilib. Ötən il Bankın işçilərinin sayı  51 nəfər artaraq 386 nəfərə çatıb.

Nizamnamə kapitalı.  2019-cu il 31 dekabr  tarixinə əsasən nizamnamə kapitalı 66 milyon 450 min manat təşkil edir

Məlumat üçün, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.

Bankın hər hansı məhsul, xidmət və kampaniyaları ilə bağlı sualı olan şəxslər genişlənən xidmət şəbəkəsi ilə yanaşı Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə edə bilərsiniz.


 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment