1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı İnnovasiya Mərkəzi yaradır
02.06.2020

Ölkəmizdə innovasiyaların inkişafına dəstək layihələrini uğurla davam etdirən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir mühüm addım atır. Bank özünün İnnovasiya Mərkəzini yaradır. IBA İnnovasiya Mərkəzi adı altında yaradılan mərkəz informasiya texnologiyaları sahəsində seçilmiş sahibkarlıq layihələrinə inkubasiya və akselerasiya mərhələlərində kömək göstərəcək. Belə bir mərkəzin formalaşdırılmasında məqsəd Azərbaycanda startap ekosisteminin inkişafına kömək göstərməkdir. Mərkəz artıq ilk inkubasiya proqramına qəbul elan edib. 

Qeyd edək ki, inkubasiya prosesi erkən mərhələdə olan startapların böyüməsinə dəstəyi, startap layihələrinin icrasında ortaya çıxa biləcək problemlərin həllinə yardımı nəzərdə tutur. FinTech həlləri mövzusunda elan edilmiş bu proqramda komandalar öz innovativ ideyalarını təqdim edə biləcəklər. İdeyalara məhdudiyyət olmasa da, kiçik və orta sahibkarlıq fəaliyyətinə fayda gətirəcək həllərə xüsusi üstünlük veriləcək.

Mühüm aktuallığa malik ideyalar təqdim etmiş komandalara öz ideyalarını hazır məhsula çevirmək üçün İnnovasiya Mərkəzində münbit şərait yaradılacaq. Startap layihələrinin həyata keçirilməsi üçün onlara bir sıra xidmətlər, o cümlədən mentor, kouçinq, texniki dəstək göstəriləcək. Rezidentlərlə müntəzəm iş üçün xarici ölkələrdən startapların inkişafı üzrə beynəlxalq təcrübəyə malik peşəkar mentorlar, məsləhətçilər və sahibkarlar dəvət ediləcək. Mərkəzin ilk rezidentləri sırasında bankın martın əvvəlində reallaşdırdığı 1-ci IBA Regional Hakatonunda iştirak edərək uğur qazanmış komandaların da olması nəzərdə tutulur. Proqrama 16 iyun tarixinə qədər buradan müraciət etmək olar: https://ibainnovation.az/az

Azərbaycan Beynəlxalq Bankının yaratdığı İnnovasiya Mərkəzinin əsas üstünlükləri seçilən ideyalara investisiya qoyulması, komandalar üçün sırf bankçılıq sahəsində lazımi infrastrukturun təmin edilməsi,  bankın məlumat sisteminə inteqrasiya (OpenAPI) imkanının yaradılması, maliyyə resurslarına əlçatanlıq, ən mühümü isə innovativ həllər üçün real tələbin formalaşdırılmasıdır. 

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov IBA İnnovasiya Mərkəzinin xüsusilə kiçik və orta sahibkarlığa faydalı olacağını bildirib: “Azərbaycan Beynəlxalq  Bankı olaraq biz kiçik və orta sahibkarlığın dəstəklənməsinə, o cümlədən bu sahədə FinTech həllərinin tətbiqinə mühüm önəm veririk. IBA İnnovasiya Mərkəzi sahibkarlıq həllərinin formalaşmasına kömək göstərəcək. Bu Mərkəz həm innovativ ideyaları, həm onları reallaşdıra bilən istedadları, həm də lazımi şəraiti bir araya gətirəcək. İnanırıq ki, belə bir mərkəzin yaradılması ölkəmizdə innovasiya ekosisteminin inkişafına təkan verəcək”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


      


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment