1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi uğurla həyata keçirilir
01.06.2020

Hər bir xalqın, dövlətin ən qiymətli sərvəti  uşaqlardır. Biz gələcəyi düşünürüksə, bu gələcəyin təminatçısı olan uşaqları sağlam mühitdə böyütməliyik. Uşaqların sağlam böyüməsində Mərkəzi Gömrük Hospitalın üzərinə də məsul vəzifə düşür. Mərkəzi Gömrük Hospitalında istənilən patalogiyalı uşaqların sağlamlıqlarının qorunması üçün yüksəkixtisaslı  həkimlər tərəfindən 24 saat ərzində geniş spektrli tibbi xidmət göstərilir.  

Hospitalın tanınmış uzman həkimləri tərəfindən yeni doğulmuş körpələr üzərində dünyada qəbul olunmuş ən mürəkkəb açıq ürək əməliyyatları, uşaqlarda qaraciyər transplantasiyası, böyrək transplantasiyası kimi mürəkkəb əməliyyatlar həyata keçirilir. Ölkəmizdə COVİD-19-la davam etdiyi bir şəraitdə bir çox  xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi uğurla həyata keçirilir.  1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Gömrük Hospitalında  iki uşağa açıq ürək əməliyyatı  edilib. Həmçinin, 2 uşaq Mərkəzi Gömrük Hospitalının  dəstəyi ilə açıq və qapalı ürək əməliyyatı olunublar. Əməliyyatlar Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov tərəfindən icra edilib. 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov, tanınmış cərrah-transplantoloq, t.f.d.Mircəlal Kazımi, uşaq cərrahı-uzman Vüsal Cəfərov, ürək-damar cərrahı Kənan Əsədov, uşaq kardioloqu Nəsimi Cabbarov apardıqları cərrahi əməliyyatlarla yaşamaq şansı az olan uşaqlara sağlam həyat bəxş edirlər. Hospitalın təcrübəli reanimatoloqu  Təranə Göyüşova  əməliyyatdan sonra uşaqlara xüsusi qayğı ilə yanaşır. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment