8 may 2020-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :
Qiymətli kağızın ISIN kodu
|
AZ2044008681
|
Emissiya həcmi
|
25 000 000 AZN
|
Nominal qiyməti
|
1000 АZN
|
Hərrac qiyməti
|
1 005,25 AZN
|
İstiqrazların tədavül müddəti
|
19 il
|
Faiz dərəcəsi
|
3 %
|
Faiz gəlirinin ödəniş müddəti
|
6 aydan bir (180 gün)
|
Anderrayter
|
BTB-Kapital İŞ ASC
|
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
İKZF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.