1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


"AccessBank" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 000 manat köçürdü
22.03.2020

"AccessBank" Azərbaycan dövləti tərəfindən koronavirusun yayılmasına qarşı yönəlmiş və onun ölkə iqtisadiyyatına və əhalinin məşğulluğuna vurduğu mənfi təsiri azaltmaq üçün həyata keçirdiyi tədbirləri tamamilə dəstəkləyir.

Bununla bağlı olaraq, "AccessBank" Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250.000 manat köçürüb.

"AccessBank" əsas prinsiplərinə - sosial məsuliyyət və müştərilərə sədaqət olmaqla, Azərbaycanın davamlı inkişafında iştirak etmək missiyasını öz üzərinə götürüb. Bununla əlaqədar olaraq, bank müştərilərinə pandemiyanın maliyyə nəticələrini minimuma endirmək üçün bir sıra tədbirlər tətbiq edəcək. Tədbirlərə cari kreditlər üzrə restruktrizasiya əməliyyatlarının aparılması imkanları, ödənişlər üzrə güzəşt müddətinin tətbiq olunması, iqtisadiyyatın zərər görmüş sahələri üçün sabit maliyyələşdirilmə imkanları daxil ediləcək.

Bundan başqa, profilaktik tədbirlər çərçivəsində bank, inzibati bina və filiallarında daimi dezinfeksiya işləri aparır və müştərilərinə beynəlxalq tövsiyələrə uyğun olaraq xidmət göstərir. 

Sağlamlıqlarının maksimum qorunması üçün "AccessBank" müştərilərinə ehtiyac və tələblərinə uyğun olan məsafəli xidmətdən yararlanmağı məsləhət görür. 

İndi bizim ümumi vəzifəmiz bu sınaqdan uğurla keçməkdir və "AccessBank" bunun üçün maksimum səy göstərməyə hazırdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment