1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan Sahibkarlar Konfederasiyasının sahibkarlara müraciəti
19.03.2020

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası dünyada yayılmış koronavirus (COVİD-19) xəstəliyinin ölkəmizdə qarşısının alınması üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirləri dəstəkləyir. İnsan həyatı və sağlamlığının qorunması ilə əlaqədar tətbiq edilən bu tədbirlərin hər kəs üçün icrası vacibdir. Azərbaycan biznes ictimaiyyəti də cəmiyyətin və əməkdaşlarının sağlamlığının qorunması ilə əlaqədar ən mütərəqqi,  humanist davranış nümayiş etdirir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq işəgötürənlər tərəfindən insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülür. 

Təbii ki, Azərbaycan vətəndaşının sağlamlığı bütün məqsədlərin əsasında dayanır. Bununla yanaşı qeyd edə bilərik ki, tətbiq edilən məhdudiyyətlər ticarət, xidmət, turizm, nəqliyyat, logistika və bir sıra digər sektorlarda iqtisadi fəaliyyətin zəifləməsinə səbəb olmuşdur. Xüsusilə qeyd etmək istərdik ki, məhdudiyyətlərin  mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təsiri daha da hiss ediləndir.  Ona görə də bu qəbildən olan sahibkarların fəaliyyətini davam etdirilməsi, eləcə də iş yerlərinin qorunması üçün onların dəstəyə daha çox ehtiyacı vardır.     

Artıq bir neçə gündür ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası üzvü olan bütün sahibkarlıq subyektləri ilə sıx təmas quraraq onların iqtisadi vəziyyətini monitorinq edir. Bu məqsədlə sahibkarlara yazılı sorğu ünvanlanmış və bir neçə qaynar xətt təqdim edilmişdir. Hazırda daxil olan sorğular toplanaraq təhlil olunur. 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hesab edir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühit formalaşmışdır. Hazırda koronavirus pandemiyasının dünya və ölkə iqtisadiyyatı üçün yaratdığı risklərin öhdəsindən dövlət-özəl əməkdaşlığı formasında gələ biləcəyimizə inanırıq. Bu məqsədlə də Sahibkarlar Konfederasiyası dövlətin sosial tərəfdaşı olaraq, təmsil etdiyi özəl sektora həmrəylik nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəlmək üçün birgə çıxış yolu tapmaqda aktiv olmağa çağırır. 

Sahibkarlar Konfederasiyası olaraq, Konfederasiyanın üzvü olan bütün sahibkarları Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın bütün tapşırıqlarına dəqiq əməl etmələrini  tövsiyə edirik.


Sahibkarların müraciətləri üçün əlaqə vasitələri:

E-mail: office@ask.org.az

Sahibkarlarla iş və kommunikasiya şöbəsi:         Mob: +994 51 229 97 22

Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsi: Mob: +994 51 229 97 28

Hüquq və sosial tərəfdaşlıq şöbəsi:                     Mob: +994 51 229 97 24

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment