1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Bakı Fond Birjası Dünya Birjaları Federasiyasının tərəfdaşı statusunu əldə etmişdir
14.02.2020

Bakı Fond Birjası Azərbaycan kapital bazarını beynəlxalq arenada təmsil etmək, o cümlədən xarici ölkələrin qabaqcıl birjaları ilə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını genişləndirmək məqsədilə Dünya Birjaları Federasiyasına (World Federation of Exchanges - Federasiya) üzv olmaq üçün müraciət etmiş və Federasiyanın Direktorlar Şurasının 15.01.2020-ci il tarixli qərarı ilə tərəfdaş birja statusunu əldə etmişdir. Bununla da Bakı Fond Birjası regionda Federasiya ilə əməkdaşlığa başlayan ilk birja olmuşdur.

Federasiya ilə tərəfdaşlıq Bakı Fond Birjasının inkişaf perspektivlərində və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyininin yaxşılaşdırılması istiqamətində yeni imkanlar yaradır. Belə ki, bu cür nüfuzlu təşkilatla tərəfdaşlıq Bakı Fond Birjasının dövriyyə göstəricilərinin beynəlxalq məlumat resurslarında açıqlanmasına şərait yaradacaq, beləliklə də Qlobal Rəqabətlik Hesabatında “Bazar kapitallaşmasının ÜDM-də payı”, habelə “Doing Business” Hesabatında “Kiçik investorların qorunması” indikatorları üzrə ölkəmizin mövqeyinin yaxşılaşmasına xüsusi töhfə verəcəkdir. Bu tərəfdaşlıq həmçinin Bakı Fond Birjası ilə Federasiyaya üzv olan digər birjalar arasında qarşılıqlı listinq və əməkdaşlıq imkanlarını artıracaqdır. Nəticə etibarı ilə bu imkanlar xarici investorların ölkə iqtisadiyyatı və yerli maliyyə bazarları barədə daha çox məlumatlanmasını təmin edəcək və gələcəkdə Azərbaycan kapital bazarına investisiya imkanlarını artıracaqdır. 

Qeyd edək ki, Federasiya maliyyə bazarları infrastrukturunun əsas tərkib hissəsi olan birjalar  (fond, valyuta, əmtəə və universal) tərəfindən 1961-ci ildə yaradılmış ən böyük müştərək təşkilatdır. Federasiyaya üzv və tərəfdaş olan birjaların ümumi bazar kapitalizasiyası 74,4 trilyon ABŞ dolları olmaqla illik bazar dövriyyələri 95 trilyon ABŞ dollarından çoxdur. Əlavə olaraq, Federaiyaya  daxil olan birjalar mütəmadi olaraq birgə araşdırma və müzakirələr həyata keçirərək kapital bazarlarının inkişafını təmin edən ən yaxşı təcrübə və standartları müəyyənləşdirir. Eyni zamanda Federasiyanın birjalara dair məlumat bazası beynəlxalq maliyyə qurumları və nüfuzlu reytinq agentlikləri üçün istinad rolunu oynayır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment