1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Antidrone” hava limanlarının və dəmir yolu stansiyalarının təhlükəsizlik infrastrukturuna inteqrasiya ediləcəkdir
07.02.2020

Baki, FinanceTime.  “Kaspersky” şirkəti mülki obyektlərin dronlardan qorunması üçün tətbiq olunan həlli üçün ilk sistem inteqratoru əldə etməsi ilə nəticələnən müqavilə imzalayıb. Müqaviləyə əsasən, şirkətlər birlikdə hava limanlarında, eyni zamanda dəniz limanlarında, dəmir yolu stansiyalarında və digər nəqliyyat infrastrukturu obyektlərində nəqliyyat təhlükəsizliyini təmin etmək üçün çalışacaqlar.

Belə sistemlərin inteqrasiyası nəqliyyat vasitələrinin ərazisinə dronların icazəsiz daxil olması ilə əlaqəli riskləri əhəmiyyətli dərəcədə azalda bilər.  Belə hadisələrdən hamı əziyyət çəkir: daşıyıcı, nəqliyyat mərkəzi, sərnişinlər. Məsələn, iki dronun Böyük Britaniyanın Qatvik hava limanının 2018-ci ilin dekabr ayında bir gün ərzində fəaliyyətini əngəllədiyi, bunun nəticəsində Milad bayramı ərəfəsində mindən çox uçuşun ləğv olunduğu və ya təxirə salındığı hamıya məlumdur.

“Kaspersky Antidrone” kimi pilotsuz uçan aparatlardan qorunmaq üçün proqram və aparat sistemləri bu cür təhlükələrin qarşısını almağa qadirdir. Bu həll, lazer skanerindən istifadə edərək, nöqtə buludu ilə dronun mövqeyini təyin etməyə, daha sonra isə neyron şəbəkəsi ilə dronu pilotsuz təyyarədən, quşdan və ya hava balonundan dəqiq fərqləndirmək imkanı olan texnologiyanı özündə birləşdirir. “Kaspersky Antidrone”, dronların aşkarlanması və zərərsizləşdirilməsi üçün istifadə olunan fiziki modulların işini əlaqələndirməyə imkan verir. Bundan əlavə, bu həll məcburi eniş və ya uçuş nöqtəsinə qayıtma ehtimalı səbəbindən, dronun özünə zərər vermədən obyektin qorunmasına imkan verir.

“Bu gün metal detektorlar, müxtəlif növ skanerlər və əşyaları yoxlamaq üçün xüsusi rentgen  aparatları nəqliyyat təhlükəsizliyinin vacib elementləridir. Sərnişinlər çoxdan onlara öyrəşiblər. Bu qurğular çətin inteqrasiya yolu keçib. İnanırıq ki, dron əleyhinə müdafiə sistemləri də nəqliyyat obyektlərinin hərtərəfli qorunmasının ayrılmaz bir hissəsinə çevriləcək və tamamilə yeni səviyyəyə qalxacaq." - bunu “Kaspersky Antidrone” layihəsinin meneceri Vladimir Turov deyib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment