1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


4-cü dəfə keçiriləcək SAT Forumun spikerləri açıqlandı
30.01.2020

Ölkədə 4-cü dəfə keçiriləcək və müasir satışın mümkün olan bütün üsullarının müzakirə olunacağı SAT Forum 15 Fevral, Hilton oteldə keçiriləcək. 

Baki, FinanceTime. Forumun məqsədi biznesin inkişafı, satışın stimullaşdırılması, effektiv strategiya istiqamətlərinin müəyyən olunması və bu sahə üzrə ixtisaslaşan mütəxəssislərin müzakirəsi üçün platforma yaratmaqdır. Bu səbəbədən hər il davamlı fevral ayında təşkil olunan SAT Forum rəhbərlər və satış mütəxəssislərini bir araya yığır.

Bu il təşkil olunacaq SAT Forumda bu sahənin ekspertləri təcrübələrini iştirakçılarla bölüşəcək və qaranlıq məqamları müzakirə edərək aydınlıq gətirməyə çalışacaqlar.

SAT Forum Satış texnikaları və alətləri, Satış idarəetməsi üzrə 2 paneldən ibarət olacaq. Hər paneldə 1 moderator və 4 spiker olmaqla toplamda 10 nəfər ekspert çıxış edəcək: 

Edqar Abdullayev (Azerconnect MMC - Müştəri Xidmətləri və Rəqəmsal xidmətlər İdarəsinin Direktoru );

Cəlalə Mustafayeva (166 Yükdaşıma və logistika və 156 evakuasiya şirkətində Problemli müştərilərlə iş üzrə menecer);

Sərxan Quliyev (Superfon -  CEO, Sahibkar);

Rüfət Həsənov (Motivator Azərbaycan– Direktor);

Murad Qəhrəmanlı (SAT Group - Satış Direktoru);

Rüfət Hüseynov (Az-Granata - Kommersiya Direktoru);

Hacıağa Hacıyev (Cubics – Direktor);

Cavad Süleymanov (Texnomart - Direktor);

Azad Qəhrəmanlı (SAT Group - Direktor);

Elvin Dadaşsoy (Dadashsoy Business School - Co-founder).

Foruma biletləri  +99455 209 91 55 nömrəsilə əlaqə saxlayaraq sifariş edə bilərsiniz. Biletin qiyməti 60 manatdır. Qiymətə Hilton otelin restoranında nahar və coffee-break fasiləsi daxildir. Çatdırılma pulsuzdur. Forum boyu twitter həştəqimiz #sat2020 aktiv olacaq. İstər Forumdan öncə, istərsə də Forum ərəfəsində öz suallarınızı, irad və təkliflərinizi həştəqi qeyd edərək twitter-dən yaza bilərsiniz.




Təşkilatçı: SAT Group (satgroup.az)

Çap və promo tərəfdaşı: Creatime (creatim.az)

Kreativ və dijital tərəfdaş: Morpho (morpho.az)

Tərəfdaş: Hostimul (hostimul.com)

Proqram tərəfdaşı: Logix (logix.az)

Media tərəfdaşlar: Marja.az, Financetime.az, Facemark.az, Baku.WS, Fins.az, Banco.az, Banker.az, Yeniavaz.com, SalamNews.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment