1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Anar Həsənov: " Dördüncü rüb üzrə maliyyə hesabatı AccessBank – ın stabil və müsbət dinamika üzrə inkişafını təsdiq edir."
28.01.2020

Bazarda mikro, kiçik və orta biznes kreditləri üzrə lider olan AccessBank 2019 – cu ilin dördüncü rübü üzrə maliyyə hesabatını açıqlayıb.

Rüb ərzində AccessBank-ın aktivləri 73,610 mln. manatlıq artım nümayiş etdirərək 897.886 mln. manata çatıb.

AccessBank-ın kredit portfeli artım nümayiş etdirib. Sentyabr ayının sonuna 498.979 mln. manat həcmində olan xalis kredit portfeli dördüncü rübün yekununa 536.428 mln. manata yüksəlib ki, bu da 37.449 mln. manat artımdan xəbər verir. Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan məqsədli ehtiyatları nəzərə almasaq, bankın ümumi kredit portfeli 610,958 mln. manat təşkil edib. Həmçinin qeyd etmək lazımdır ki, 99.8% kreditlər manat valyutasında verilmişdir.

Rüb ərzində depozit portfeli də mühüm artım nümayiş etdirib. Belə ki, bankın depozit portfeli 14.247 mln. manat artaraq 660.960 mln. manata çatıb. Xüsusilə vurğulamaq istərdik ki, cari ilin əvvəlindən bankın depozit portfeli 159.822 mln. manat artıb. 

Dördüncü rübün sonuna bank 13.782 mln. manat həcmində xalis əməliyyat mənfəəti əldə edib. Qeyd olunan rübün sonuna bankın gəlirləri 76.055 mln. manata çatıb ki, bu da ötən rüblə müqayisədə 16.063 mln. manat deməkdir.

Hazırda bankın məcmu kapitalı 76.090 mln. manat təşkil edir ki, bu da requlyativ normadan (50 milyon manat) 26.090 mln. manat çoxdur.

Dekabr ayının sonuna bankın ani likvidlik əmsalı 66.35% təşkil edir ki, bu da normadan (30%) təxminən 2.2 dəfə çoxdur.

Maliyyə göstəricilərini şərh edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib: “Dördüncü rüb üzrə maliyyə hesabatı AccessBank – ın stabil və müsbət dinamika üzrə inkişafını təsdiq edir. Bankın Noyabr və Dekabr ayları üzrə gəliri 7 mln manatdan çox olmuşdur. AccessBank müştərilərin etibarlı tərəfdaşı qalmaqda davam edir. Bütün bunlar komandamızın dinamik, məhsuldar və çalışqan fəaliyyəti nəticəsində mümkün olmuşdur. Əsas məqsədimiz – sahibkarlarla effektiv əlaqələrin qurulması və onların inkişafına hərtərəfli dəstək göstərməkdir".

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment