1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank daha bir KSM mükafatı aldı
28.01.2020

Baki, FinanceTime. Unibank ölkəmizdə ikinci dəfədir keçirilən “Milli KSM mükafatı - 2019” müsabiqəsinin qalibi olub. Bankın Güllə atıcılığı üzrə milli paralimpiya komandasına dəstəyini nəzərdə tutan “Hədəf -Tokio 2020!” layihəsi müsabiqə komissiyasının qərarı ilə 2019-cu ilin ən yaxşı Korporativ Sosial Məsuliyyət layihələrindən biri seçilib. Layihə BMT-nin 17 dayanıqlı inkişaf məqsədlərindən biri olan bərabərsizliyin azaldılması istiqamətinə uyğun olduğu üçün mükafat alıb. 

Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası və PROAKTİV PR Agentliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə layihələr İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ASAN Xidmət, ABAD, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Gənclər Təşkilatları Milli Şurasının nümayəndələrinin daxil olduğu komissiya tərəfindən dəyərləndirilib. 

Xatırladaq ki, Unibank 2018-ci ilin əvvəllərində Azərbaycan bank sektorunda ən böyük Korporativ Sosial Məsuliyyət layihələrdən birinə imza atıb. 2018-ci ilin mart ayından etibarən bank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının rəsmi dəstəkçisidir. Bu layihəyə dəstəkdə verməkdə məqsəd, Güllə atıcılığı üzrə milli paralimpiya komandasının inkişafına çalışmaqla yanaşı, bu sahədə ölkəmizin beynəlxalq yarışlarda təmsilçiliyinə və uğurlarına kömək göstərməkdir.

2019-cu il bu layihə üçün çox uğurlu il olub. “Unibank”ın yaxından dəstəyi nəticəsində Güllə atıcılığı üzrə milli paralimpiya komandası böyük uğura imza atıb. Azərbaycan Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı üzrə milli paralimpiya komandasının iki idmançısı -Yelena Taranova və Kamran Zeynalov 2019-cu ildə Avstraliyada keçirilən dünya çempionatında  yüksək nəticə göstərərək, Tokio-2020-yə lisenziya qazanıblar.  2019-cu il ərzində Azərbaycan Milli Paralimpiya Komitəsinin idmançılarının 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarında iştirak üçün qazandığı 7 lisenziyadan 2-si məhz “Unibank”ın dəstək verdiyi komanda tərəfindən əldə edilib. Bu isə “Unibank”ın komandanın inkişafında verdiyi böyük dəstəyin nəticəsidir. 

Unibank- hər kəsin bankı!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment