1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank of Baku Milli KSM Mükafatına layiq görüldü!
28.01.2020

Baki, FinanceTime. Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində keçirdiyi layihələri ilə elmə, təhsilə xüsusi diqqət ayıraraq cəmiyyətin inkişafına töhfə verən Bank of Baku, “Milli KSM Mükafatı”na layiq görüldü.

Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) və “Proaktiv” şirkətinin birgə təşkil etdiyi “Milli KSM Mükafatı 2019” müsabiqəsində “Onlar Sevinsin” layihəsi ilə iştirak edən Bank of Baku qaliblər sırasında öz yerini aldı. 

“Onlar Sevinsin” layihəsi “Milli KSM Mükafatı 2019”un komissiyası tərəfindən BMT-nin Baş Assambleyasının qəbul etdiyi 17 dayanıqlı inkişaf məqsədlərindən dördüncüsü Keyfiyyətli təhsil - “Hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsili təşviq etmək” istiqaməti üzrə qalib seçildi. Müsabiqə qalibləri İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, “ASAN xidmət”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, o cümlədən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təyin olunub.

Qeyd edək ki, təhsilə dəstək məqsədilə keçirilən və artıq silsilə xarakteri daşıyan “Onlar Sevinsin” ilə Bank of Baku yüzlərlə məktəblinin sevincinə səbəb olub. Layihənin ilk ilində Bank of Baku-nun əməkdaşları Azərbaycanın 3 ucqar dağ kəndinə - Lerikin Andurma, Qubanın Qalaxudat və Şəkinin Təpəcənnət kəndlərinə, ikinci ilində Azərbaycanın işıq adası, nur şəhəri sayılan Şirvan şəhərinə, 2019-cu ildə isə Xaçmaz rayonuna və həmin rayonun Seyidlər və Hacıqurbanova kəndlərinə səfər edərək ümumilikdə 300 nəfərə yaxın məktəblini sevindiriblər. Növbəti illərdə də keçirilməsi planlaşdırılan layihənin əsas məqsədi, yeni dərs ilinə hazırlaşan məktəbliləri – ucqar kənd məktəblərində oxuyan aztəminatlı və şəhid ailələrinin övladlarını, fiziki məhdudiyyəti olan şagirdləri məktəbli çantası və ləvazimatları ilə təmin etmək və  onların təhsilinə dəstək olmaqdır. 


Onlar Sevinsin layihəsinin görüntüləri ilə aşağıdan tanış bilərsiniz:

* #OnlarSevinsin 2019 - http://y2u.be/PBF8QqvKILA 

* #OnlarSevinsin 2018 - http://y2u.be/LySjfG_bOuw 

* #OnlarSevinsin 2017 - http://y2u.be/GNzKEej2Kk8 


Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com  

www.facebook.com/bankofbaku 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment