1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Həkimlərimizi tanıyın!” rubrikada Mərkəzi Gömrük Hospitalın Radiologiya şöbəsinin həkim sonoloqu Günay Əhmədova
27.01.2020

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə Mərkəzi Gömrük Hospitalın  Radiologiya şöbəsinin yüksəkixtisaslı  həkim sonoloqu Günay Əhmədovanı təqdim edirik. 

Dr. Günay Əhmədova pediartik ultrasəs, rəngli doppler müayinələrini, periferik limfa düyünlərinin ultrasəs müayinəsini, qaraciyərin FibroScan müayinəsini, qarın boşluğu orqanlarının: uroloji və ginekoloji orqanların, erkən hamiləliyin təyini, hamiləliyin trimestrlərlə müayinəsini, prostat vəzinin  transrektal görüntüləmələrini, yumşaq toxumaların müayinəsini və süd vəzisinin ultrasəslə müayinəsini həyata keçirir.

 Dr.Günay Əhmədova 2008-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş,  2008-2009-cu illərdə A.T.Abbasov adına Bakı Şəhər Onkoloji Dispanserində internatura keçmişdir. 2011-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-sonoloq kimi çalışır. O, daim öz üzərində çalışır, dünya tibb elminin nailiyyətlərini izləyir və işində tibbin ən yeni metod və üsullarından istifadə edir. O, müxtəlif illərdə   Türkiyənin Istanbul Universitetinin Tibb fakültəsinin Radioloji Anabilim Bölümündə bütün orqanların ultrasonoqrafik dəyərləndirilməsi və  GRİ SCALA rəngli doppleroqrafiya kursunda, İstanbul Universitetinin  Tibb Fakültəsinin Radioloji AnaBilim Bölümündə pediatrik ultrasonoqrafik dəyərləndirmələr, Neyrosonoqrafiya, Artrosonoqrafiya, Yenidoğulmuşlarda pataloji dəyişikliklərin anomaliyaların diferensial dəyərləndirilməsi kursunda 6 ay müddətində iştirak etmişdir. 2013-2014-cü illərdə İUTF Radioloji Anabilim Dalında Damarların rəngli doppleroqrafiyası, Süd vəzilərinin USG-si və Mammoqrafiyası, Obsetrik USG, Hamilələrdə Doppleroqrafiya, Anorektal USG kursu, 2014-cü ildə İstanbul ALFA Radioloji Görüntüləmə Mərkəzində Praktik Seminar kursunda,  2015-ci ildə Ayrıntılı USG, Abdominal USG, Ginekoloji Xəstəliklər zamanı Diferensial USG praktik seminar kursu keçərək bilik və bacarıqlarını təkmilləşdirmişdir. 

“Düzgün qoyulan diaqnoz – müalicənin uğurunun yarısıdır” şüarına əsaslanan Dr.Günay Əhmədova işinə daim məsuliyyətlə yanaşır, işlədiyi qısa müddət ərzində  xəstələrin və hospitalın kollektivinin hörmətini və rəğbətini qazana bilib. Həkim barədə daha ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz: https://customshospital.az/gunay-ehmedova/. Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment