1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında "HR Meetup" tədbiri keçirilib
24.01.2020

23 yanvar 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Azərbaycanda fəaliyyət göstərən bir çox tibb müəssisələrinin HR menecerlərinin iştirakı ilə "HR Meetup" tədbiri keçirilib. Tədbirdə tibb sektorunda çalışan HR menecerlər müasir HR işinin təşkili və əhəmiyyəti  mövzusunda müzakirələr aparıblar. 

Tədbirdə Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəis müavini  Gülnar Yusifbəyli, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin İnzibati İdarəetmənin Təşkili şöbəsinin rəisi Minurə Ağayeva, Hüquq şöbəsinin inspektoru Minarə Qafarova, "Opalus Partners Group" şirkətinin rəhbəri Çimnaz Qasımova, “Sağlam Ailə” tibb müəssisəsinin HR meneceri Fəridə Əmirova, Koreya Şərq Təbabəti Klinikasının  HR mütəxəssisi Gülnurə Əliyeva, Mediland Hospitalın HR meneceri Nərgiz Tağıyeva və  digər tibb müəssisələrinin HR nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mərkəzi Gömrük Hospitalının ümumi məsələlər üzrə rəis müavini Ceyla Əhmədxanova tədbir iştirakçılarını salamlayıb və HR sahəsində aparılan müasir metodların əhəmiyyətindən danışıb. 

Tədbirdə "Opalus Partners Group" şirkətinin rəhbəri Çimnaz Qasımova “Müasir HR nədir” mövzusunda təqdimatla çıxış edib.  O, müasir dövrdə tibb müəssisələrində HR sisteminin təşkilindən, onun əhəmiyyətindən, biznesə gətirdiyi faydalardan və motivasiya metodlarından danışıb. 

Dövlət Gömrük Komitəsinin İnsan Resurslari İdarəsinin rəis müavini  Gülnar Yusifbəyli "Səhiyyə sistemində çalışanların iş performansının xəstə məmnuniyyətinə təsiri"  mövzusunda çıxış edib. O,  xəstə məmnuniyyəti barədə məlumat verərək, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində personalın performansının böyük rolu olduğunu vurğulayıb. Qeyd edib ki, xəstə məmnuniyyətinə təsir edən amillərin analiz edilməsi, problemin həlli yollarının tapılması və müzakirə olunması tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində cox önəmli addımlar olacaq. Bu isə öz növbəsində sağlam cəmiyyətin təməli deməkdir.

Tədbirin sonunda HR menecerlər mövzu ilə bağlı öz qabaqcıl təcrübələri ilə bölüşüblər. Tədbirin keçirilməsində məqsəd səhiyyə sahəsində çalışan HR mütəxəssisləri bir araya toplamaq, bu sahədə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmaq və ayrı-ayrı tibb müəssisələrində tətbiq edilən HR alətləri ilə tanış olmaqdır.










 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment