1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının bariatrik cərrahı, t.f.d. Mojtaba Haşemzadeh
22.01.2020

Mərkəzi Gömrük Hospitalının bariatrik cərrahı, t.f.d. Mojtaba Haşemzadeh “Həkim Məsləhəti” rubrikasında sualımızı cavablandırır.

Mərkəzi Gömrük Hospitalının prioritet inkişaf istiqamətlərindən biri də bariatrik cərrahiyyədir. Hospitalının bariatrik cərrahı, t.f.d. Mojtaba Haşemzadeh ABŞ-ın Nyu York şəhərində Beth Universitetinin bariatrik cərrahiyyə fakültəsini, İran İslam Respublikasının Məşhəd Tibb Universitetini  və Tehran Tibb Universitetlərini bitirib. Bu həkim dünyanın müxtəlif klinikalarında 8000-dən artıq bariatrik əməliyyatları uğurla icra edib. Hazırda onun pasiyentləri Mərkəzi Gömrük Hospitalına nəinki Azərbaycandan, həm də Böyük Britaniya, Kanada, İsveçrə, ABŞ, İran və başqa ölkələrdən müraciət edirlər.

Bariatrik cərrah Mojtaba Haşemzadeh “Həkim Məsləhəti” rubrikasında bariatrik əməliyyatların növləri haqqında məlumat verir.

- Doktor, biz bilirik ki, bariatrik əməliyyatların müxtəlif növləri var. Hansı hallarda bu əməliyyatları etmək lazımdır?

- Ilk öncə bildirmək istəyirəm ki, Mərkəzi Gömrük Hospitalında istər mədəyə balon yerləşdirilməsi, istərsə də bütün növ mədə kiçiltmə əməliyyatları həyata keçirilir. Bu əməliyyatların seçimi pasiyentin boyundan və çəkisindən asılı olaraq müəyyən olunur. Əgər biz fərdin çəkisini boyunun kvadratına bölsək, ortaya çıxan indeks piylənmənin dərəcəsini göstərir. Bədən kütlə indeksi 18,5-dən 25-ə qədər olarsa, bu, normal göstəricidir. 

Bədən kütlə indeksi 18,5-dən aşağı olarsa, bu insanlar çox arıq hesab edilir. Bədən kütlə indeksi 25 ilə 30 arasında olan insanlar artıq çəkili şəxslər sayılır.Köklük xəstəliyində bədən kütlə indeksi 30-dan yuxarı olur. Bu səbəbdən həmin şəxslər köklük və ya artıq çəki xəstəliyinə məruz qalan şəxslər kateqoriyasına aid edilir.  

Bədən kütlə indeksinin 30-dan nə qədər yuxarı olmasından asılı olaraq, müəyyən kateqoriyaya aid xəstələrdə müəyyən müalicə metodları da fərdi olaraq təyin olunur. Məsələn, bədən kütlə indeksi 30-35-dən yuxarı olan insanların mədələrinə endoskopik üsulla balon yerləşdirməklə müalicə etmək mümkündür. Əgər 35-40 olarsa onlara, mədəkiçiltmə əməliyyatı olan esliv əməliyyatı təyin olunur. 

Hansı xəstələrdə ki, bədən kütlə indeksi 40-dan yuxarıdır, onlara By Pass deyilən əməliyyat məsləhət görülür. Şəkərli diabet xəstələrinə isə adətən cərrahi ədəbiyyatda SASİ adlanan əməliyyat məsləhət görülür. Ona görə də həmin əməliyyat bir metabolik cərrahiyyə metodu sayılır. Digər qeyd etdiyim  əməliyyatların hamısı isə bariatrik əməliyyatlar hesab edilir. Daha öncə qeyd etdiyim kimi Mərkəzi Gömrük Hospitalında metabolik və bariatrik əməliyyatlar  həyata keçirilir. 

Mən qeyd etmək istəyirəm ki, bariatrik cərrahiyyə - piylənmə və artıq çəkidən əziyyət çəkən insanların ömrünün uzadılması və sağlamlıqlarının qorunması üçün real şansdır. Bu xəstəliyi hər cür yolla, hətta cərrahi müdaxilə yolu ilə müalicə etmək önəmlidir.

    

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment