1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Qadın sahibkarlar üçün "Scale Up” akselerator proqramı fəaliyyətə başladı
22.01.2020

Baki, FinanceTime. Proqramda iştirak etmək üçün 2019-cu ilin dekabr ayından etibarən başlayan ərizə qəbulu 18 müraciətçinin seçilməsi ilə tamamlanıb. Beləliklə, finalçılar 6 həftə boyunca kiçik və orta sahibkarlıqla məşğul olan qadınlar üçün hazırlanmış xüsusi maarifləndirici proqramda iştirak etmək hüququ qazanıb.

Müraciətçilərin seçimi zamanı biznes quruculuğu təcrübəsi, sahibkarlıq mühitində çətinliklərin öhdəsindən gəlmə yolları, gələcəkdə biznesin genişləndirilməsi potensialı, eləcə də “Scale Up” proqramının onların fəaliyyətinə, peşəkar və fərdi inkişafına nə kimi töhfə verəcəyi  əsas götürülüb.

Proqramda iştirak etmək hüququ qazanan xanımlar turizm, təhsil, biznes məsləhətçiliyi, qida və dəb sənayesi də daxil olmaqla, iqtisadiyyatın müxtəlif sahələrində bizneslərini yürüdən sahibkarlardır.

"Azərbaycan İşgüzar Qadınları" təşkilatının təsisçisi Tatyana Mikayılova dəyişikliklərin idarə edilməsini müasir qadının həm işində, həm də bütövlükdə cəmiyyətdə uğurlu olmasını təyin edən bir bacarıq adlandırıb.

Məhz bu səbəbdən biz bu gün biznes üçün vacib olan kommunikasiya, rəqəmsal transformasiya, vençur sərmayələri kontekstində maliyyə, əqli mülkiyyət hüquqları və şəxsi məşqçilik kimi amilləri əhatə edən yeni bir proqram yaratdıq.

“Bu gün qadın sahibkar milli iqtisadiyyatın, xüsusilə də kiçik və orta sahibkarlıq seqmentinin inkişafında vacib rol oynayan bəndə çevrilib. Dəyişən dünyada biznesi müvəffəqiyyətlə idarə etmək və onun inkişafı üçün davamlı olaraq imkanlar yaratmaq tamamilə yeni bir yanaşma, bilik və bacarıq, həmçinin daima təkmilləşmə, o cümlədən uyğunlaşma üçün cəsarət və hazırlıq tələb edir."-deyə Tatyana Mikayılova bildirib.

İştirakçılar proqrama qatılma səbəblərindən bəhs edərkən, bizneslərinin genişləndirilməsi imkanlarını daha aydın şəkildə anlamaq və bu imkanları düzgün qiymətləndirmək, yeni hədəfləri müəyyən etmək, həmçinin gələcək çağırışlara hazır olmaq istəklərini vurğulayıblar.

"Scale Up” akselerator proqramı “Azərbaycan İşgüzar Qadınları” təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, PAŞA Bank və “PwC Azerbaijan” şirkətinin birgə dəstəyi ilə ərsəyə gəlib.

"Scale Up” akselerator proqramının əsas məqsədi kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlara bizneslərini daha uğurla idarə etmək üçün zəruri biliklər vermək, eləcə də onların ölkə iqtisadiyyatının inkişafındakı rolunu və təsirini artırmaqdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment