1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azercell “Təhlükəsiz internet” təlimin keçirilməsinə dəstək oldu
21.01.2020

Ölkədə kibertəhlükəsizlik sahəsində maarifləndirmə səviyyəsinin artırılmasını hədəfləyərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı, “Azercell Telekom” MMC, “Kaspersky” şirkətinin dəstəyi ilə ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün xüsusi təlim keçirilib.  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində baş tutan təlimə video-konfrans vasitəsilə Şamaxı, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ kimi regionlardan müəllimlər qoşularaq, sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları, uşaq və yeniyetmələrin üzləşdiyi kibertəhdidlər və onlardan müdafiə üsulları ilə yaxından tanış olublar.  Təlimdə 70 ümumi təhsil müəssisəsinin 100 informatika müəllimi iştirak edib. 

Qeyd edək ki, virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsini prioritet hesab edən Azercell şirkəti, 2018-2019-cu illər ərzində ölkəminiz müxtəlif bölgələrini əhatə edərək, təhsil müəssisələrində uşaqlar, valideynləri və müəllimlər üçün “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlimlər təşkil edib. Təkcə son 1 il ərzində 588 şagird, 78 müəllim və 76 valideyn kibertəhlükəsizlik mövzusunda maarrifləndirilib. Azercell-in təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bu təlimlərdə “Azərbaycan Müəllim İnkişafı Mərkəzi”nin mütəxəssisləri tərəfindən uşaqlara internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti kimi  mövzulardan bəhs edilib. Müəllim və valideynlər isə, öz növbələrində, qurğuların kibertəhlükələrdən mühafizəsi, login və parolların kibermüdafiəsi, təhlükəsiz paylaşma üsulları, uşaqlar üçün yaradılmış təhlükəsiz resursların siyahıları və internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar ilə tanış olublar.

Xatırladaq ki, Azercell internetdən təhlükəsiz istifadə istiqamətində fəaliyyətini, həmçinin innovativ texnologiyalar vasitəsilə sosial məsuliyyət sahəsində təşəbbüslər ilə də davam edir. Belə ki, ötən il Azercell dünyanın ən məşhur mobil ticarət həlləri təminatçısı DOCOMO Digital ilə "Azercell Kids" (kids.azercell.com) adlı həm təhsil, həm də əyləncə məzmunlu eksklüziv mobil tətbiqi istifadəyə verib. Valideyn nəzarətinə tam zəmanət verən “Azercell Kids” uşaqları yaş filtrasiyası olan populyar rəqəmsal məzmun ilə təmin edib. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment