1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18.11.2019

Baki, FinanceTime. 18 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Şəki regional “ASAN xidmət” mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Şəki “ASAN xidmət” mərkəzinin direktoru Arzu Qocayev, YAP Şəki rayon təşkilatının sədri Həsən Həsənov  və digər qonaqlar iştirak ediblər.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Azərbaycan Respublikasının inkişafında ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd edib və Prezident İlham Əliyevin Vətənimizin qüdrətlənməsinə aparan siyasi xəttini, məqsədyönlü və möhkəm iradə ilə gördüyü işləri vurğulayıb. YAP ərazi ilk partiya təşkilatının yaradılması ilə bağlı təbriklərini çatdıran natiq təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

YAP Şəki rayon təşkilatının sədri Həsən Həsənov ümumilli liderimiz  Heydər Əliyevin  yaratmış olduğu  və artıq 27 ildir ki, fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının sıralarına bu gün yüz minlərlə gəncin birləşməsini ulu öndərin və bu gün onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin xalqa göstərdiyi misilsiz xidmətin nəticəsi kimi dəyərləndirib.

Tədbirdə təşkilatı məsələlərə baxılıb və İdarə Heyətinin sədri, üzvləri təqdim olunub.

Həmçinin YAP sıralarına yeni qəbul olunmuş Şəki regional “ASAN xidmət” mərkəzinin əməkdaşlarına partiya vəsiqələri təqdim edilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment