1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Mastercard”la bir toxunuşla ödəniş edin!
18.11.2019

Baki, FinanceTime.  “Mastercard”ın “Goldenpay” şirkəti ilə əməkdaşlığı sayəsində bundan sonra ödənişləriniz daha tez reallaşacaq. Çünki Hesab.az veb səhifəsində “Masterpass”la bir toxunuşla və təhlükəsiz ödəniş etmək mümkün olacaq.

Belə ki, əgər “Masterpass”da öncədən qeydiyyatdan keçirdiyiniz kartınız varsa, ödəniş mərhələsinə keçdiyiniz zaman sizə ödəniş etməyiniz üçün həmin kart təklif olunacaq. Təsdiqlədiyiniz zaman telefon nömrənizə təhlükəsizlik kodu göndəriləcək. Kodu daxil etdikdən sonra ödəməniz təhlükəsiz şəkildə uğurla başa çatacaq. Əgər “Masterpass”da öncədən saxladığınız kartınız yoxdursa, sizə “Kartınızı ”Masterpass”la saxlayın” seçimi təklif olunacaq. Kart məlumatlarınızı daxil edərək kartınızı bir neçə saniyədə yaddaşda saxlaya biləcəksiniz. İstifadəçinin qeydiyyatdan keçirdiyi kartlar növbəti ödəniş zamanı avtomatik olaraq görünəcək.

“Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakar şirkətin Azərbaycanda nağdsız iqtisadiyyata keçməsində qətiyyətli mövqe tutduğunu vurğulayıb:” “Masterpass” “Mastercard”ın tək toxunuşla təhlükəsiz ödəmə etmək üçün hazırladığı qlobal həlldir. “Masterpass” uğurlu platforma olduğunu dünyanın bir çox ölkəsində, xüsusilə də Türkiyədə sübut edib. “Goldenpay” şirkətinə məxsus “Hesab.az” vebsaytı ilə birgə Azərbaycanın rəqəmsal ödəmələrinin transformasiyası üçün daha bir uğurlu addım atdıq.”

Qeyd edək ki, Masterpass” “Mastercard”ın qlobal, bir toxunuşla sürətli və təhlükəsiz rəqəmsal ödəniş həllidir. “Masterpass”a daxil edilmiş kart məlumatları “Mastercard”ın qlobal təhlükəsizlik sistemi tərəfindən qorunur.  



“Mastercard” haqqında:

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment