1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının orta tibb işçiləri Türkiyənin İstanbul şəhərində praktiki kursda iştirak edirlər
15.11.2019

Bakı, FinanceTime.  Mərkəzi Gömrük Hospitalının Tibbi yardımın keyfiyyətinə nəzarət şöbəsinin həkim-metodisti Səttar Yaqubov, baş tibb bacısı Fərəcova Gülyaz, Əməliyyatxana və Reanimasiya şöbəsinin böyük tibb bacısı Qarayeva Cəmilə, Mərkəzi sterilizasiya şöbəsinin tibb bacısı Həsənova Ruhəngiz 10-15 noyabr 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində AZDAS şirkətinin təşkilatçılığı ilə EMSEY Hospitalda keçirilən “Dezinfeksiya, antiseptika və sterilizasiya” dərnəyinin praktiki kursunda iştirak etmək üçün Türkiyə Respublikasına ezam olunublar.  

Mərkəzi Gömrük Hospitalın tibbi personalının təlimdə iştirak etməsinin əsas məqsədi Hospitalda cərrahi əməliyyatların aparılmasına xüsusi tələblərin olmasını nəzərə alaraq, sanitar-epidemik vəziyyətə nəzarətin gücləndirilməsi və xəstəxanadaxili infeksiya ilə mübarizənin daha effektiv aparılması üçün beynəlxalq təcrübədən yararlanmaqdır.

Qeyd edək ki, 2019-cu ildən fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalı ambulator və stasionar tibbi xidmət göstərən çoxprofilli tibb müəssisəsidir. Hospitalda  qaraciyər və böyrək transplantasiyası əməliyyatları, açıq ürək əməliyyatları, endoprotezləşdirmə, estetik və rekonstruktiv əməliyyatlar, müxtəlif növ başbeyin və onurğa beyni əməliyyatları həyata keçirilir. Həmçinin, qrip, hepatit A, hepatit B, göy öskürək, su çiçəyi və digər xəstəliklər əleyhinə Avropa və Amerikanın etibarlı istehsalçılarından alınmış peyvəndlərin edilməsi xidməti göstərilir. Daha ətraflı məlumat almaq üçün (012) 404 08 08 nömrəsinə zəng vurmaq  mümkündür.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment