1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Nar” Göyçayda keçirilən festivalı abunəçiləri ilə birgə qeyd etdi
13.11.2019

Bakı, FinanceTime.  Azərbaycan xalqının zəngin keçmişi, adət-ənənələri və milli-mədəni irsinə bağlılıq nümayiş etdirən “Nar”, hər il olduğu kimi bu il də Göyçayda keçirilmiş Nar festivalında aktiv iştirak edib. Mobil operator festivalın keçirildiyi ərazidə böyük “Nar” çadırı quraşdırıb və iştirakçılar üçün bayram əhval-ruhiyyəsi yaradıb. Təşkil edilən müsabiqələr və əyləncəli oyunlar ziyarətçilər tərəfindən maraqla qarşılanıb və tədbir iştirakçıları müxtəlif hədiyyələrlə mükafatlandırılıb. Bundan başqa, “Nar” çadırına yaxınlaşanlar üçün 2 gün ərzində xüsusi müsabiqə keçirilib və qalib gələnlərə son model smartfon hədiyyə olunub.  

Mobil operator Nar festivalı ilə əlaqədar sosial media istifadəçiləri və media nümayəndələri üçün Göyçaya tur da təşkil edib. Noyabrın 4-də sosial mediada keçirilmiş müsabiqədə qalib gəlmiş 10 nəfər “Nar” əməkdaşları ilə birlikdə Göyçaya  səfər edib və “Nar” çadırında təşkil edilmiş tədbirlərdə aktiv iştirak edib. 

Bundan başqa, “Nar” əməkdaşları ziyarətçilərə mobil operatorun fəaliyyət istiqamətləri, şəbəkənin təkmilləşdirilməsi ilə bağlı görülən işlər, 2019-cu il ərzində ölkə ərazisində qurulan yeni baza stansiyaları və digər işlər barədə geniş məlumat veriblər. 

Qeyd edək ki, Göyçay bütün dünyada məşhur olan Azərbaycan narının vətəni hesab olunur. Nar festivalı hər il noyabr ayında möhtəşəm bayram əhval-ruhiyyəsində keçirilir. 

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.  

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,5 %-ni  əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment