1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib
13.11.2019

Bakı, FinanceTime.  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Elektron Hökumət üzrə İcra Qrupunun (EHİQ) növbəti görüşü keçirilib. 

Görüşdə elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr və onların icra mexanizmləri, hökumət buludunun perspektivləri mövzusunda müzakirələr aparılıb, habelə yeniliklər və bu istiqamətdə beynəlxalq təcrübə bağlı məlumatlandırma həyata keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini, Elektron Hökumət üzrə İcra Qrupunun rəhbəri Ceyhun Salmanov elektron hökumət sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti və bu sahədə Dövlət Agentliyi, digər qurumların birgə fəaliyyəti barədə məlumat verib. 

Tədbirin birinci hissəsində elektron hökumətin inkişafı və təşviqi sahəsində aparılan işlər, mövcud beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanları, həyata keçirilən tədbirlər və onların gələcək perspektivləri müzakirə edilib.

Tədbirin ikinci hissəsində beynəlxalq ekspert, professor Con K. Koyle tərəfindən “Dizayn düşüncəsi” (Design thinking) mövzusunda təqdimat edilib, İcra qrupunun üzvləri bu barədə məlumatlandırılıblar.

İcra Qrupunun üçüncü görüşü Şamaxı rayonunda təşkil edilib. Tədbir çərçivəsində iştirakçıların Şamaxı Astrofizika Rəsədxanasına  səfəri  baş tutub, həmçinin iştirakçılar arasında müxtəlif istiqamətli mövzular üzrə sərbəst müzakirələr aparılıb.

 Elektron Hökumət üzrə İcra Qrupu Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanına uyğun olaraq dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində vahid koordinasiyanı həyata keçirmək, habelə rəqəmsal hökumətə sürətli keçidin təmin edilməsini, elektron hökumət və rəqəmsal innovasiyalar sahəsində beynəlxalq rəqabətliliyinin artırılmasını, elektron hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə yaradılıb. Elektron Hökumət üzrə İcra Qrupunda 60-a yaxın müxtəlif dövlət qurumunun nümayəndəsi təmsil olunur. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment