1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank növbəti beynəlxalq Kənd Təsərrüfatı Forumuna qatılıb
12.11.2019

Bakı, FinanceTime.  Kapital Bank ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan Missiyasının birgə təşkilatçılığı ilə 6-8 noyabr tarixlərində ABŞ-ın Oklahoma Siti şəhərində keçirilən Birinci Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunda iştirak edib. Tədbirə Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq qatılıb.

Forum ən yaxşı təcrübələri bölüşmək, Azərbaycan və Amerika Birləşmiş Ştatlarının kənd təsərrüfatı sahəsində əməkdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün özəl sektordan olan mütəxəssislər, kənd təsərrüfatı məhsulları istehsalçıları, habelə Oklahoma və Azərbaycanın dövlət sektorundan kənd təsərrüfatı sahəsində çalışan məsul şəxsləri bir araya gətirib. Tədbir çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun başçılıq etdiyi Azərbaycanın nümayəndə heyətinin Oklahoma ştatında yerləşən bir sıra tədqiqat institutları, Oklahoma Dövlət Universiteti və ixtisaslaşmış mərkəzlərdə görüşləri keçirilib. 

“Oklahoma ştatının maldarlıq sahəsində sürətli inkişaf edən iqtisadiyyat olduğunu diqqətə alaraq, forum məhz bu sahəyə, eləcə də südçülük, qida təhlükəsizliyi və digər mövzulara həsr edilib. Forumda kənd təsərrüfatı sahəsində çalışan fermerlər və təhsil mərkəzləri arasında yaranan əlaqələr ətrafında müzakirələr aparılıb. Kapital Bank Azərbaycan ilə ABŞ arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq, ölkəmizin qeyri-neft sektorunun inkişafı və investisiya imkanlarını təşviq edən bu tip platformaları bundan sonra da dəstəkləyəcək”, - deyə, Kapital Bank-ın Beynəlxalq Əlaqələr üzrə müşaviri Vüqar Sadiq bildirib.

Qeyd edək ki, Kapital Bank iştirak etdiyi USACC-nin Azərbaycanla ABŞ-ın ayrı-ayrı ştatları arasında kənd təsərrüfatı sahəsində birbaşa ticarət və biznes əlaqələrinin inkişaf etdirilməsi proqramı çərçivəsində həyata keçirilən sayca ikinci forumdur. 

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment