1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Müştəri məmnuniyyəti istiqamətində Azercell-dən yeniliklər
09.11.2019

Bakı, FinanceTime.   “Azercell  Telekom” MMC  abunəçilərini innovativ xidmətlər və maraqlı məzmun təklifləri ilə təmin etməklə yanaşı, mütəmadi olaraq müştəri məmnuniyyətinin artırılması istiqamətində  müvafiq layihələr həyata keçirir. Daima istifadəçilərinin istəklərini öndə tutan Azercell, bu dəfə 3-cü tərəf şirkətlər ilə əməkdaşlıq siyasətində bir sıra dəyişikliklər edib. Lider operator 3-cü tərəf şirkətlərin fəaliyyətinin keyfiyyət və şəffaflığını yoxlamaq məqsədilə mütəmadi şəkildə apardığı araşdırmaların nəticələrindən irəli gələrək, şirkətin tələblərini qarşılamayan bir sıra məzmun təminatçısı ilə əməkdaşlığa xitam verib.

Xatırladaq ki, hələ 2017-ci ilin oktyabr  ayından başlayaraq, təsadüfi qoşulmaların qabağını almaq məqsədilə Azercell istifadəçiləri 3-cü tərəf şirkətlərin təqdim etdiyi müvafiq xidmətə abunə olmaq üçün ilk öncə “landing page” - xüsusi keçid səhifəsinə yönləndirilir və sorğularını mobil nömrələrini daxil edərək, təsdiqləyirlər. Bu il noyabr ayının 12-dən etibarən isə Azercell İnteraktiv Səsli Cavablama Xidməti (IVR) üzərindən nömrədə mövcud abunəlik xidmətləri haqqında məlumat almaq və onlardan imtina etmək mümkünlüyünü də təmin edəcək. Bunun üçün *1111 nömrəsinə zəng edərək, operator ilə əlaqə saxlamadan, “Abunəlik xidmətləri ilə bağlı” bölümü seçilməlidir.

“Azercell Telekom” MMC  abunəçilərini yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək və onlara ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyərək, bu  istiqamətdə fəaliyyətini tam gücü ilə davam etdirəcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment