1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AtaBank Bayraq Günündə sığınacaqdakı uşaqlarla görüşdü
08.11.2019

Bakı, FinanceTime.  "AtaBank" ASC Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 2019-cu il üçün nəzərdə tutulmuş növbəti xeyriyyəçilik aksiyasını Bayraq gününə həsr etdi. Bank tərəfindən Binəqədi rayonu, Hüsü Hacıyev küçəsi 23 ünvanında yerləşən “Təmiz Dünya” İB-nin nəzdində Qadın və Uşaq sığınacağını ziyarət etdi. 

Bank heyəti sığınacaqda məskunlaşan uşaqları 9 Noyabr Dövlət Bayrağı günü münasibəti ilə təbrik edərək onlara müxtəlif rəssamlıq ləvazimatları və şirin sovqat hədiyyət etdi. Məlumat üçün bildirək ki, “Təmiz Dünya” Qadınlara Yardım İB 1999-cu ildə Mehriban Zeynalova tərəfindən təsis edilib və 2002-ci ildən çətin həyat şəraitinə düşmüş qadın və uşaqlar üçün sığınacaq xidməti fəaliyyətini göstərir. Hazırda təşkilatın rəhbərliyini Mehriban xanımın qızı Elnurə Zeynalova müvəffəqiyyətlə davam etdirir.

Ziyarət ilə əlaqədar "AtaBank" ASC-nin Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov bildirdi: "Bu cür tədbirlər məişət zorakılığından əziyyət çəkmiş və ya valideyn himayəsindən məhrum olan uşaqların ehtiyac və arzularına diqqət yetirmək, onları sevindirmək məqsədi ilə keçirilir. Lakin bu gün ən böyük sürpriz bizim onlara bəxş etdiyimiz sevinc yox, onların bizə hazırladığı şeirlər və əl işləri oldu.”

Hər zaman sosial məsuliyyətə önəm verən AtaBank-ın belə tədbirlərin təşkilini bundan sonra da davam etdirəcəyi qeyd edildi.

Tədbir zamanı bank əməkdaşları uşaqlarla birgə xatirə video və fotoşəkillər çəkdirdilər.

1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.












 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment