1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Türk Hava Yolları” Çinin Sian şəhərini uçuş xəritəsinə əlavə etdi
08.11.2019

Bakı, FinanceTime. İlk dəfə 1999-cu ildə Pekinə uçmaqla Çin bazarına daxil olan “Türk Hava Yolları” ölkənin daha bir şəhərini – Sianı öz uçuş şəbəkəsinə əlavə etdi. Pekin, Şaxnay və Quançjouya uçuşlar təşkil edən aviaşirkət, Çin bazarındakı 20-ci fəaliyyət ilində Sian reysini açmaqla “Asiya nəhəngi”ndəki uçuş məntəqələrinin sayını dördə çatdırdı.

Sianın uçuş xəritəsinə əlavə edilməsi qərarı 5 noyabr tarixində “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin Sədri cənab İlkər Ayçı və Şanxi Əyaləti Kommunist Partiyası Komitəsinin Katibi Hu Hepinq arasında baş tutan görüşdən sonra verilib.

Bu ilin sonunda başlayacaq Sian uçuşları ilkin olaraq həftədə üç dəfə təşkil ediləcək. Lakin 2020-ci ilin yay cədvəlinə keçidlə birgə uçuşların sayı tədricən artırılacaq. Sian reysinin işə düşməsi ilə “Türk Hava Yolları” və Çin arasındakı qarşılıqlı uçuşların sayı həftədə 24-ə çatacaq. 

Türkiyənin əsas və ən böyük aviaşirkətinin İdarə Heyətinin və İcraiyyə Komitəsinin Sədri cənab İlkər Ayçı yeni Sian uçuşu ilə bağlı deyib: “Biz Sian istiqamətində uçuşların iki ölkə arasındakı turizm, ticarət, mədəniyyət və iqtisadi əlaqələrə töhfə verəcəyini gözləyirik. Mən inanıram ki, bizim tərəfimizdən yaradılan bu nəqliyyat körpüsü münasibətləri dərin tarixi köklərə əsaslanan hər iki cəmiyyət üçün müsbət nəticələr əldə etməyimizi sürətləndirəcək.”

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment