1 USD 1.7000   1 EUR 1.8968   1 AED 0.4628   1 ARS 0.0291   1 AUD 1.1661   1 BRL 0.4133   1 BYN 0.8344   1 CAD 1.2946   1 CHF 1.7238   100 CLP 0.2388   1 CNY 0.2405   1 CZK 0.0740   1 DKK 0.2539   1 EGP 0.1046   1 GBP 2.1937   1 GEL 0.5724   1 HKD 0.2168   100 IDR 0.0120   1 ILS 0.4800   1 INR 0.0239   100 IRR 0.0040   100 JPY 1.5662   1 KGS 0.0241   100 KRW 0.1448   1 KWD 5.6049   1 KZT 0.0044   100 LBP 0.1127   1 MDL 0.0978   1 MXN 0.0889   1 MYR 0.4062   1 NOK 0.1857   1 NZD 1.0872   1 PLN 0.4429   1 RUB 0.0266   1 SAR 0.4532   1 SDR 2.3409   1 SEK 0.1762   1 SGD 1.2478   1 TJS 0.1754   1 TMT 0.4857   1 TRY 0.2935   1 TWD 0.0556   1 UAH 0.0679   100 UZS 0.0180   1 XAG 29.8558   1 XAU 2532.4729   1 XPD 3009.6714   1 XPT 1518.5675   1 ZAR 0.1152   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 













Digər xəbərlər


“Həkim məsləhəti” rubrikada Mərkəzi Gömrük Hospitalının həkimi Dr. Mircəlal Kazımi
08.10.2019

“Həkim məsləhəti” rubrikamızda Mərkəzi Gömrük Hospitalının həkimi, tibb üzrə fəlsəfə doktoru, cərrah-transplantoloq Dr. Mircəlal Kazımi öd daşı xəstəlikləri ilə bağlı sualı cavablandırıb.

Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda öd daşı xəstəlikləri çox geniş yayılıb. Öd kisəsində daşı olan hər xəstə mütləq əməliyyat olunmalıdırmı? Öd daşından qurtulmaq üçün nə etmək lazımdır? Hansı hallarda əməliyyat, hansı hallarda müalicə üsullarından istifadə olunmalıdır?

-Doktor, cərrahi xəstəliklər arasında ən çox rast gəlinəni öd kisəsi əməliyyatlarıdır. Bu əməliyyatlar  əksər hallarda öd kisəsində olan daşlara görə, bəzi hallarda öd kisəsinin polipi və yaxud daş olmadan öd kisəsinin iltihabına görə olunan əməliyyatlardır. Hər öd daşı olan xəstəyə öd kisəsi  əməliyyatı etmək, yəni xolesistektləmə lazımdırmı?

-Bu sual daha çox verilən suallardandır. Təəssüflər olsun ki, öd kisəsi daşına görə əməliyyat olunan xəstələrin sayı çoxdur. Əslində tibbi olaraq hər öd kisəsi daşı olan xəstələrə əməliyyat göstəriş deyil. Öd kisəsinin daşı olub kliniki simptomları olarsa, belə xəstələrin əməliyyat olunmaqları məsləhətdir. Amma öd kisəsində daşı olub  ağrılardan şikayət yoxdursa, əməliyyat məsləhət deyil. Qeyd edim ki, burada əsas məqam pasiyentin bu xəstəliklə yanaşı digər xəstəliyinin olub-olmamasıdır. Məsələn, əksər xəstələrin, xüsusən də şəkərli diabetdən əziyyət çəkən xəstələrin öd kisəsində daşlar olur. Bu, müxtəlif səbəblərlə: həyat tərzi ilə, metabolik proseslə bağlıdır, amma şəkərli diabetdən əziyyət çəkən xəstələrin öd kisəsində daşın olması özü də əməliyyata ayrıca göstərişdir. Yəni burda öd kisəsi daşının kliniki simptomlarının olması şərt deyil. Şünki şəkərli diabeti olan xəstələrdə öd kisəsi ağrılarını ilkin mərhələlərdə xəstələr hiss etməyə bilərlər. Amma öd kisəsində daşı olan şəkərli diabet xəstələri gecikmiş mərhələlərdə: öd kisəsinin iltihabı olduğu zaman, öd kisəsində qanqrena, abses olduğu zaman əlamətlər özünü göstərir. Bu da əməliyyatın fəsadını və əməliyyatın gedişatını çətinləşdirir. Ona görə də məsləhət görərdim ki, öd kisəsində daşı olan şəkərli diabet xəstələri  zamanında xolesistektləmə əməliyyatına məruz qalsınlar. Təbii ki, bu əməliyyatın professional və ixtisaslaşmış tibb müəssisələrində olunması məsləhətdir. Öd kisəsi əməliyyatları laparoskpopik üsulla, yəni bağlı, qapalı üsulla icra olunur. Biz öd kisəsi əməliyyatını 2 və ya 3 dəlikdən icra edirik və nəticə etibarilə xəstə əməliyyatdan sonra bir gün xəstəxanada qalır və ertəsi gün normal işinə, sosial həyata qayıdır.


Öd kisəsinin digər problemlərindən biri də öd kisəsinin polipləridir. Öd kisəsi polipləri 15-20 faiz hallarda bədxassəli xəstəliyə-xərçəng xəstəliyinə çevrilə bilər. Ona görə də, öd kisəsində polipləri olan xəstələr müşahidə altında olmalıdır. Onlar xüsusi göstəriş nəticəsində əməliyyat olunurlar. Belə ki, öd kisəsində olan poliplərin sayı, ölçüsü, onun artma istiqamətində olması öd kisəsində əməliyyatın aparılmasına göstəriş ola bilər. Amma onu da qeyd etmək lazımdır ki, hər öd kisəsində polipi olan xəstənin əməliyyata göstərişi də yoxdur. Lazımsız yerə xəstələr əməliyyat olunmamalıdır. Bu qərarı vermək üçün təbii ki, professional, bu sahədə ixtisaslaşmış tibb müəssisəsi və həkimlərə müraciət etsələr, xəstələr üçün daha yaxşı olar. Öd kisəsi daşının, poliplərinin müayinəsi və diaqnostikası çox sadədir. Belə ki, bəsit ultrasəs müayinəsi vasitəsi ilə  öd kisəsində olan problemlər ortaya çıxa bilər. Mənim məsləhətim odur ki, şəkər xəstəliyi olan xəstələr 6 aydan bir ən azından ultrasəs müayinəsindən keçsinlər, digər xəstələrimiz isə, xüsusilə də, polipləri olan xəstələr həkimə müraciət edib öz müşahidə taktikalarını təyin etdirsinlər.


Öd kisəsində problemi olan xəstələr 2 qismə bölünür. Bu, öd kisəsinin vəziyyətindən asılıdr. Kəskin öd kisəsi iltihabı – kəskin xalisistit zamanı ağrılar daha şiddətli olur. Bu xəstələrdə sağ qabırğaaltı nahiyədə ağrıların olması bəzi hallarda xəstənin sarılığının əmələ gəlməsinə səbəb olur. Çünki öd kisəsində olan daşların riskləri və ehtimalı var ki, bu daşlar öd kanalına düşsün, düşdüyü zaman isə xəstələrdə mexaniki sarılığın əmələ gəlməsinə səbəb olur. Amma xroniki öd daşı xəstəliyi olan xəstələrdə köp, sağ qabırğaaltı nahiyədə ağrı, ağızda acılıq hissi, həzm olunmama, bəzi hallarda isə ishal şikayətləri müşahidə olunur. Bunun ən rahat və ucuz müayinə üsulu USM, qanın biokimyəvi analizlərinin nəticəsinə görə bu əlamətləri ortaya qoymaq mümkündür.


     



12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru

18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi


10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini

06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri



18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment