|
|
|
Fond birjası | | | Azərbaycan Respublikasının Mərkəzi Bankının Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir |
19.09.2019 | |
| |
Bakı, FinanceTime. 20 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli – üç aylıq notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:
Dövlət qeydiyyat №-si
|
50202276S
|
Hərraca çıxarılan həcm
|
30 000 000 AZN
|
Notun nominal dəyəri
|
100 АZN
|
Notların tədavül müddəti
|
84 gün
|
Ödəmə tarixi
|
16.12.2019
|
Hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. Hər bir üzv tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır. Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Sifarişlər BFB-nin ticarət qaydaları ilə müəyyən edilmiş qiymət dəhlizi çərçivəsində olmalıdır. Hərrac nəticəsində bağlanılan əqdlər üzrə hesablaşmalar T+1 rejimində həyata keçiriləcəkdir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının qısa müddətli notlarının alıcıları qismində yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar çıxış edə bilər.
|
|
|
|