1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Beynəlxalq Birjalar Assosiasiyasına üzvlüyünə qəbul edilmişdir
10.09.2019

Bakı, FinanceTime. Bakı Fond Birjası fəaliyyəti çərçivəsində yerli kapital bazarlarını beynəlxalq səviyyədə təmsil edilməsinə, xarici ölkələrin qabaqcıl birjaları ilə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu istiqamətdə atılan addımlar əsasında Beynəlxalq Birjalar Assosiasiyasının üzvlərinin 6 sentyabr 2019-cu il tarixində Qırğızıstan Respublikasında baş tutan ümumi yığıncağının qərarı ilə Bakı Fond Birjası bu assosiasiyaya üzv olaraq  qəbul edilmişdir.

Beynəlxalq Birjalar Assosiasiyasında üzvlük Bakı Fond Birjasının inkişaf perspektivlərində bir sıra yeni imkanlar yaradır. Birjalararası əməkdaşlıq xüsusilə dual-listinq və depozitar qəbzlərinin emissiyasının həyata keçirilməsi üzrə başlıca şərtdir. Bununla belə, tətbiq edilən mövcud təcrübələrin və ticarət üsullarının optimalaşdırılması üzrə birjalararası təcrübə mübadiləsinin aparılması yerli bazarların təkmilləşdirilməsi üçün labüd addım hesab edilir.


2000-ci ildə Rusiya Federasiyasında yaradılmış Beynəlxalq Birjalar Assosiasiyasının əsas məqsədi kapital bazarları üzrə beynəlxalq standartların araşdırılması, üzvləri arasında təcrübələrin qarşılıqlı tətbiq edilməsi və birjalararası ümümi əməkdaşlığın genişləndirilməsidir. Assosiasiyada üç birja növü – valyuta, səhm və əmtəə birjaları üzrə daimi işçi qrupu mövcuddur. Assosiasiyanın üzvləri qismində başlıca olaraq Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrini təmsil edən birjalar çıxış edir. https://mab-sng.org/en


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment