1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab” spam zənglərin daha intensiv olduğu vaxtları müəyyənləşdirib
23.08.2019

“Kaspersky Lab” şirkətinin məlumatına görə*, hər dörd smartfon istifadəçisindən üçünə (72%) hər ay spam zənglər gəlir. Spamerlər daha çox cümə axşamı və cümə günləri, 16.00-18.00 saat aralığında zəng edirlər.

Arzuolunmaz zənglər siyahısının onluğuna kollektorlar və reklam zəngləri, riskli maliyyə əməliyyatları və investisiya təklifləri daxildir.

“Spam zənglər abonentləri bərk əsəbləşdirir. Hesablamalarımıza görə, naməlum nömrələrdən gələn zənglərin spam olma ehtimalı 70%-ə bərabərdir. Buna görə də telefon zəngini cavablandırmadan kimin zəng etdiyini müəyyənləşdirən həllərə təlabat artır. Bu həllər sizə xüsusilə də məşğul olduğunuz vaxtlarda lazımsız danışıqlardan qaçmağa yardım edəcək." deyə  “Kaspersky Lab” şirkətinin sistem analitiki Dmitri Volqin vurğulayıb.

Telefon spamından və fırıldaqçılıqdan qorunmaq üçün şirkət “Kaspersky Who Calls” həllini təklif edir. Proqram tanımadığınız nömrədən kimin zəng etdiyini dərhal öyrənməyə imkan verir. Əməliyyat sistemindən asılı olaraq həll elə zəng zamanı təşkilatın/nömrənin sahibinin adını və zəngin kateqoriyasını təyin edir. Məsələn, “kredit”, “çatdırılma xidməti” və s. Bununla belə, “Kaspersky Who Calls” həlli istifadəçinin mobil nömrəsini tələb etmir və onun şəxsi məlumatlarını indeksləşdirmir.

*Məlumatlar 2019-cu ilin aprel-iyul aylarında “Kaspersky Who Calls” həllinin anonim statistikasından istifadə edilərək əldə olunub.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment