Bakı, FinanceTime. 6 avqust 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105015751ISI N-li, 25 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 96.4540 AZN (10.0000%) və 101.4657 AZN (7.200%) olan 24 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.2994(7.2900%), orta ölçülmüş qiyməti 101.3264 (7.2754%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 74,144,100.00 AZN yerləşdirilmiş həcmi isə 25,000,000.00AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 03.08.2021-ci il.
Hərrac iştirakçıları 7 avqust 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.