1 USD 1.7000   1 EUR 1.8853   1 AED 0.4628   1 ARS 0.0284   1 AUD 1.1590   1 BRL 0.4100   1 BYN 0.8049   1 CAD 1.2845   1 CHF 1.7260   100 CLP 0.2183   1 CNY 0.2416   1 CZK 0.0738   1 DKK 0.2523   1 EGP 0.1052   1 GBP 2.2335   1 GEL 0.5872   1 HKD 0.2173   100 IDR 0.0121   1 ILS 0.4886   1 INR 0.0240   100 IRR 0.0040   100 JPY 1.5633   1 KGS 0.0236   100 KRW 0.1424   1 KWD 5.5982   1 KZT 0.0044   100 LBP 0.1125   1 MDL 0.0981   1 MXN 0.0882   1 MYR 0.4085   1 NOK 0.1852   1 NZD 1.1097   1 PLN 0.4394   1 RUB 0.0267   1 SAR 0.4533   1 SDR 2.3436   1 SEK 0.1790   1 SGD 1.2504   1 TJS 0.1754   1 TMT 0.4857   1 TRY 0.2928   1 TWD 0.0558   1 UAH 0.0720   100 UZS 0.0179   1 XAG 28.2787   1 XAU 2488.0859   1 XPD 3232.4651   1 XPT 1565.5129   1 ZAR 0.1149   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 













Digər xəbərlər


Azercell-in Rəqəmsal Dünyası bölgələrə genişlənir
05.08.2019

 

Azercell Rəqəmsal Dünya bölgələrdə layihəsinə həsr olunmuş mətbuat konfransı keçirib

Bakı, FinanceTime. Rəqəmsal dünyanın yeniliklərini abunəçiləri üçün daha əlçatan etməyi hədəfləyən Azərbaycanın telekommunikasiya sahəsinin lideri “AzercellTelekom” MMC 5 avqust tarixində, mətbuat konfransında jurnalistləri bir araya toplayıb. Mətbuat konfransı şirkətin böyük maraqla qarşılanan və regionları qarış-qarış gəzən “Rəqəmsal Dünya bölgələrdə” adlı layihəsinə həsr olunub. Naxçıvan şəhərindən başlayan və artıq Şərur, Ordubad, Quba, Xaçmaz, Qusarda baş tutan bu layihədə, Azercell ölkəmizin 30-a yaxın şəhər və rayonuna səfər etməyi planlaşdırır.

Mətbuat konfransında çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev internetsiz, daimi bağlantısız bu layihənin ərsəyə gəlməsinin mümkün olmadığını bildirib. “Odur ki, biz respublikamızın bütün bölgələrinin sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək, yüksək-sürətli interneti sayəsində ən son innovasiyaları onların istifadəsinə vermək üçün ölkə boyu 4G şəbəkəsini gücləndirdik və genişləndirdik. Qeyd edim ki, təkcə son yarım ildə ölkədə telekommunikasiya sahəsinin inkişafına 63 milyon manatdan artıq vəsait yatırdıq. Bu müddətdə Bakı və Abşeron da daxil olmaqla, ölkəmizin 57 bölgəsində 1007 yeni LTE stansiyası qurduq. Ümumi stansiyalarımızın sayı isə 7000-i ötdü”- deyə, V. Mürsəliyev vurğulayıb.

“Layihə çərçivəsində insanların həyat tərzini rahatlaşdıran texnoloji yeniliklər və mobil qurğuların texniki imkanlarından istifadə edilməklə xidmətlərin əlçatanlığını nümayiş olunur”- deyə, “Azercell Telekom” MMC-nin İstehlakçı Seqment Biznes Strukturunun rəhbəri, Krasimir Genov öz nitqində bildirib. Həmçinin K.Genov jurnalistlərə layihə çərçivəsində səfərlərin təşkil ediləcəyi bölgələr haqda da məlumat verib.

“Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri, Nigar Şıxlinskaya öz çıxışı zamanı layihənin sosial tərəfindən bəhs edib. Belə ki,

fəaliyyəti boyunca on minlərlə insana yardım edən Azercell-in “Mobil Göz” və “Mobil Diş”klinikaları “Rəqəmsal Dünya bölgələrdə” layihəsi çərçivəsində səfərlərə qoşularaq, “Xəzər Qayğıkeşlik” İctimai Birliyin həkimləri ilə regionlarda yerləşən internat məktəbləri və uşaq evlərinin kiçik sakinlərini üçün təmənnasız müayinə və müalicə təşkil edirlər. Bundan əlavə, Azercell tərəfindən uşaqlara hədiyyə olaraq məktəb çantası, məktəb ləvazimatları və digər hədiyyələr də paylanılır. Bununla yanaşı, N. Şıxlinskaya 4G şəbəkəsinin genişlənməsi üzrə şirkətin son nailiyyətlərindən danışıb.O bildirib ki, Azercell son yarımildə Azərbaycanın 57 şəhər və rayonunda əhali əhatəsi dairəsində  86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% artıma nail olub. Həmçinin N. Şıxlinskaya günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alındığını vurğulayıb.






Mətbuat konfransının sonunda jurnalistlər Azercell-in mobil klinikalarına baxış keçiriblər.


     



25.11.2019
Yevgeniya Qaşikulina
AccessBank-ın İdarə Heyəti sədrinin birinci müavini
23.10.2019
Emin Hacıbalayev
Mərkəzi Gömrük Hospitalının invaziv kardioloqu
12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru
 
26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi
06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri
18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment