1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Qara Dəniz Ticarət və İnkişaf Bankının istiqrazlarının yerləşdirilməsi üzrə rekord nəticə
02.08.2019

Bakı, FinanceTime. 1 avqust 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-nin (BFB) tiracət platformasında Qara Dəniz Ticarət və İnkişaf Bankının AZ2001021487 qeydiyyat nömrəli istiqrazlarının yerləşdirilməsi üzrə hərracda rekord göstəricilər əldə edilmişdir.

Belə ki, Qara Dəniz Ticarət və İnkişaf Bankının 10 (on) milyon manat məbləğində kütləvi təklif üsulu ilə ticarətə buraxılmış istiqrazları üzrə 81(səksən bir) milyon manat məbləğində sifariş toplanmışdır.Beləliklə, rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi 8 (səkkiz) dəfə üstələmişdir. Yerli qiymətli kağızlar bazarında ilk dəfə beynəlxalq maliyyə institutun milli valyutada emissiya etdiyi istiqrazlara investorlar tərəfindənrekord 63 (altmış üç) sifariş təqdim olunmuşdur.

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü ilə beynəlxalq maliyyə institutlarının istiqraz emissiyası üzrə beynəlxalq təcrübəyə uyğun stimullaşdırıcı hüquqi çərçivənin yaradılması, o cümlədən BFB-nin listinq qaydalarında beynəlxalq maliyyə institutlarının spesifikasiyasına uyğun listinq tələblərinin müəyyən edilməsi nəticəsində həmin təşkilatların istiqraz emissiyasına dair tələblər sadələşdirilmişdir. Bu istiqamətdəatılan addımlar nəticəsindənüfuzlu beynəlxalq maliyyə institutlarından biri hesab edilən Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan qiymətli kağızlar bazarında ilk istiqrazlarını müvəffəqiyyətlə yerləşdirmişdir.

Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1036.9251 AZN (7.25%), orta ölçülmüş qiyməti isə 1038.5984 AZN (7.16%) müəyyən olunmuşdur. Hərrac nəticəsində istiqrazlar tam şəkildə yerləşdirilmişdir. Tədavül müddəti iki il (730 gün)olan istiqrazlar üzrə ödəmə tarixi 31 iyul 2021-ci ildir. İllik faiz dərəcəsi 9.25% təşkil edir və faizlər üç təqvim ayından bir ödənilir.Qeyd edilməlidir ki, 2019-cu ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının uzunmüddətli kredit reytinqi Standard & Poor’s tərəfindən “A-”, Moody’s tərəfindən A2 dərəcəsində müəyyən olunmuşdur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment