Bakı, FinanceTime. 09 iyul 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106012757ISIN-li, 15 mln. manat həcmində, 1092gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 97.7122 AZN (9.9000%)və 100.7774 AZN (8.7000%) olan 15 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.3101 (8.8799%), orta ölçülmüş qiyməti 100.3666 (8.8581%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 49,646,400.00 AZN yerləşdirilmiş həcmi isə 15,000,000.00AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 05.07.2022-ci il.
Hərrac iştirakçıları 10 iyul 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.