1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Visa” şirkəti bu gün Kristina Doroşun Qafqaz regionu üzrə ölkə direktoru təyin edildiyi barədə məlumat yayıb
05.07.2019

Bakı, FinanceTime. Kristina Doroş bu yeni vəzifəsində əsas diqqətini “Visa” şirkətinin regionun bazarlarındakı fəaliyyətinə, eləcə də şirkətin banklara, satış nümayəndələrinə və kart sahiblərinə göstərdiyi dəyəri artırmaqla Qafqaz regionunda elektron ödənişlərin genişlənməsinə yönəldəcək.

“Biz Kristina Doroşun “Visa” şirkətinin Qafqaz region üzrə ölkə direktoru vəzifəsinə təyin olunması xəbərini yaymaqdan böyük məmnunluq duyuruq. Sınanmış idarəetmə və liderlik bacarıqları, ödənişlərlə bağlı dərin bilikləri və regional biznes işini əla bilməsi sayəsində Kristinanın şirkətimizin Qafqaz regionundakı ölkələrə verdiyi əhəmiyyəti nəzərə alaraq, fəaliyyətimizi daha yüksək zirvələrə aparacağına inanırıq”, - “Visa” şirkətinin CISSEE üzrə ölkə direktoru Vira Platonova bildirib.

Kristina Doros pərakəndə bankçılıq, informasiya texnologiyaları, kartlar və mobil ödəmələr üzrə 20 illik iş təcrübəsinə malikdir. 2016-cı ildən bəri Kristina Regional Məhsullar komandasına rəhbərlik etmək üçün “Visa” şirkətinə qoşulub və 2019-cu ildən Problemlərin Həlli Departamentinin müdiri, “Visa” CISSEE-nin vitse-prezidentinin səlahiyyətlərini icra edir. Əsas məhsullardan (Debit, Credit və Premium) başqa, Kristina həmçinin elektron ödənişlərin yayılması üçün baza rolunu oynayan “Loyalty” platformasının inkişafı, Rəqəmsal Həllər və “Push Payments” sistemini idarə edir. Kristinanın peşəkar uğurlarının əsas mərhələlərinə Premium ödənişlərinin artırılması, Ukraynada və Belarusda “Loyalty” proqramının işə salınması, Tap to Phone SME texnologiyasının işə salınmasının dəstəklənməsi və s. daxildir.

“Visa CİSSEE məhsulları komandasının rəhbəri kimi maraqlı təcrübəmdən sonra Qafqaz regionunda “Visa” şirkətinə rəhbərlik etməkdən məmnunluq duyuram. Bu, müştərilərimizə və tərəfdaşlarımıza daha çox innovasiya və fayda təqdim edə bilmək və ödənişlərin gələcəyini formalaşdırmaqla və regionda yenilikləri təşviq etməklə bazarda mövcudluğumuzu gücləndirmək üçün maraqlı və çətin bir imkandır”- Kristina Doroş bildirib.

 

***

Visa Inc. (NYSE: V) rəqəmsal ödənişlər üzrə dünya lideridir. Bizim missiyamız ən innovativ və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə fərdi şəxslərin, biznes müəssisələrinin və iqtisadiyyatın davamlı inkişafına imkan yaratmaqdır. Bizim ən qabaqcıl qlobal texnoloji şəbəkə olan VisaNet bütün dünyada ödənişlərin təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin edir və bir saniyədə 65.000-dən çox əməliyyat emal etmək iqtidarındadır. Visa şirkəti innovasiyalara yüksək diqqət yönəldərək şəbəkiyə qoşulmuş istənilən bir cihazın potensial olaraq ödənişi həyata keçirmək imkanı şəraitində “connected commerce” sürətli katalizator qizmində çıxış edir və beləliklə nəğdsız gələcəyə keçidi yaxınlaşdırır – hamı üçün hər yerdə. Dünya analoq sistemdən rəqəmsal sistemə keçd dövründə, Visa kommersiya fəaliyyətində gələcəklə bağlı dəyişiklik etmək üçün öz brendindən, məhsullarından, ekspertlərindən, həmçinin şəbəkə və imkanlarından istifadə edir. Əlavə məlumat üçün: About Visa, visa.com/blog and @VisaNews.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment