Bakı, FinanceTime. 11 iyun 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105010752ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 95.5931 AZN (10.5%)və 101.8365 AZN (7%) olan 26 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.2810 AZN (7.3%), orta ölçülmüş qiyməti 101.5328 AZN (7.1637%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 96 083 300.00 AZN yerləşdirilmiş həcmi isə 20,000,000.00AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 08.06.2021-ci il.
Hərrac iştirakçıları 12 iyun 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.