1 USD 1.7000   1 EUR 1.9097   1 AED 0.4628   1 ARS 0.0386   1 AUD 1.1625   1 BRL 0.4371   1 BYN 0.8245   1 CAD 1.2683   1 CHF 1.7038   100 CLP 0.2427   1 CNY 0.2454   1 CZK 0.0747   1 DKK 0.2557   1 EGP 0.1014   1 GBP 2.1310   1 GEL 0.6164   1 HKD 0.2170   100 IDR 0.0119   1 ILS 0.4712   1 INR 0.0244   100 IRR 0.0040   100 JPY 1.5694   1 KGS 0.0240   100 KRW 0.1434   1 KWD 5.5896   1 KZT 0.0044   100 LBP 0.1125   1 MDL 0.0934   1 MXN 0.0887   1 MYR 0.4065   1 NOK 0.1948   1 NZD 1.1041   1 PLN 0.4482   1 RUB 0.0264   1 SAR 0.4533   1 SDR 2.3474   1 SEK 0.1794   1 SGD 1.2400   1 TJS 0.1801   1 TMT 0.4857   1 TRY 0.2896   1 TWD 0.0539   1 UAH 0.0643   100 UZS 0.0199   1 XAG 25.2642   1 XAU 2281.3745   1 XPD 2486.3435   1 XPT 1347.5475   1 ZAR 0.1149   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
sual vermək
cavablara baxmaq
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 















Digər xəbərlər


Turizmin inkişafı məsələləri ilə bağlı Konfrans keçirilib
04.06.2019

Bakı, FinanceTime. İyunun 3-də İqtisadiyyat Nazirliyinin və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Azərbaycanda turizmin inkişaf perspektivləri və bu sahədə fəaliyyət göstərən sahibkarların dövlətin güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması” mövzusunda konfrans keçirilib.

Konfransın keçirilməsində məqsəd turizm sektorunun inkişaf perspektivləri və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən turizmin inkişafına ayrılmış güzəştli kreditlərdən istifadənin səmərəliliyinin artırılması barədə müzakirələrin aparılmasıdır.

Konfransda İqtisadiyyat, Vergilər, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Dövlət Turizm Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Reklam Agentliyinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, "Azəriqaz" İstehsalat Birliyinin, Milli Turizm Təbliğat Bürosunun, Azərbaycan Hotel Assosiasiyasının, biznes subyektlərinin və QHT nümayəndələri iştirak edib.

Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Nazir müavini digər sahələrə olduğu kimi turizm sahəsinə dövlət qayğısını vurğulayaraq, bu sahənin inkişafı üçün geniş imkanları, əlverişli turizm infrastrukturunun yaradıldığını, beynəlxalq standartlara cavab verən otellərin, müalicə-sağlamlıq komplekslərinin, istirahət zonalarının istifadəyə verildiyini, ölkəyə daha çox turistin cəlb olunması və milli turizm kompleksinin rəqabətə davamlılığının yüksəldilməsi üçün layihələrin reallaşdırıldığını diqqətə çatdırıb.

Bildirilib ki, turizmin inkişafına digər dəstək tədbirləri ilə yanaşı, güzəştli kreditlərdən istifadə imkanları da genişləndirilib. İndiyədək Sahibkarlığın İnkişafı Fondu 202 investisiya layihəsinin maliyyələşdirilməsinə 45.5 milyon manat güzəştli kredit vəsaiti ayırıb və bu layihələrin hesabına 4640 yeni iş yerinin açılması imkanı yaranıb.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm sahəsində mövcud vəziyyət və qarşıda duran hədəflər barədə məlumat verib, son illər ölkənin turizm sektorunda inkişaf meyllərini və ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlərin ölkəyə turist axınının sürətləndirdiyini diqqətə çatdırıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Faiq Abbasov qurumun fəaliyyəti barədə məlumat verərək, sahibkarlara göstərilən müxtəlif dəstək mexanizmlərini, o cümlədən, ölkə regionları üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi və “KOB Evi”nin yaradılması istiqamətində tədbirlərin davam etdirildiyini vurğulayıb.

Konfrans çərçivəsində “Turizmin inkişafında sosial infrastruktur, nəqliyyat və kommunal xidmətlərin rolu və turizm sənayesində inzibati prosedurların sadələşdirilməsi və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda panel müzakirələr aparılıb.

Turizm sektoru sahəsində fəaliyyət göstərən biznes subyektləri ilə dövlət qurumları arasında aparılan müzakirələrdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.

Tədbir çərçivəsində arıçılıqla məşğul olan sahibkarların istehsal etdikləri məhsullarının sərgisi təşkil edilib.





26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi

10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri


18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi


18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini


13.02.2017
Anar Bayramov
A-Qroup Sığorta Şirkətinin İdarə Heyətinin Sədri

20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


28.12.2016
Dilarə Zamanova
AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment