1 USD 1.7000   1 EUR 1.8799   1 AED 0.4628   1 ARS 0.0300   1 AUD 1.1552   1 BRL 0.4079   1 BYN 0.8312   1 CAD 1.2814   1 CHF 1.7147   100 CLP 0.2374   1 CNY 0.2399   1 CZK 0.0726   1 DKK 0.2518   1 EGP 0.1044   1 GBP 2.1349   1 GEL 0.5718   1 HKD 0.2170   100 IDR 0.0121   1 ILS 0.4836   1 INR 0.0239   100 IRR 0.0040   100 JPY 1.5763   1 KGS 0.0238   100 KRW 0.1428   1 KWD 5.5970   1 KZT 0.0044   100 LBP 0.1122   1 MDL 0.0964   1 MXN 0.0875   1 MYR 0.4066   1 NOK 0.1896   1 NZD 1.0702   1 PLN 0.4327   1 RUB 0.0265   1 SAR 0.4532   1 SDR 2.3309   1 SEK 0.1756   1 SGD 1.2361   1 TJS 0.1754   1 TMT 0.4857   1 TRY 0.2973   1 TWD 0.0549   1 UAH 0.0695   100 UZS 0.0181   1 XAG 30.4195   1 XAU 2557.7859   1 XPD 2783.7329   1 XPT 1602.5135   1 ZAR 0.1152   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 















Digər xəbərlər


Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Cocuq Mərcanlı qəsəbəsində xeyriyyə aksiyası keçirib
03.06.2019

Bakı, FinanceTime. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında Cocuq Mərcanlı qəsəbəsində xeyriyyə aksiyası və Horadiz şəhərində “Uşaq xəstəliklərinin diaqnostika və müalicəsində yeniliklər” mövzusunda Beynəlxalq Pediatrik Elmi konfrans keçirilib.

Tədbirdən öncə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d Rəşad Mahmudov, Türkiyənin Florence Nightingale Xəstəxanasının professorları –Bülent Polat, Yalım Yalçın, Füzuli və Cəbrayıl rayonlarının icra hakimiyyətinin başçıları 2016-cı il aprel döyüşlərində həlak olan qəhrəman əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoyublar.

Cocuq Mərcanlı qəsəbəsinə ezam olunmuş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin  mobil  səyyar hospitalında Mərkəzi Gömrük Hospitalın peşəkar həkimləri və Türkiyənin Florence Nightingale Xəstəxanasının professorları  qəsəbədə yaşayan bütün uşaqların ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinələrini həyata keçiriblər. EXO, USM, EKQ və digər tibbi avadanlıqlar vasitəsilə səhhətində problem aşkarlanan uşaqlara peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəsmi nümayəndələri Cocuq Mərcanlıda yerləşən tibb məntəqəsini ziyarət ediblər və məntəqəyə kondisioner və bəzi tibbi ləvazimatlar hədiyyə ediblər. Eyni zamanda, Füzuli rayonu Horadiz şəhərində  “Uşaq xəstəliklərinin diaqnostika və müalicəsində yeniliklər”  adlı Beynəlxalq Pediatrik Elmi konfrans keçirilib. Konfrans Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəhbərlərinin, millət vəkillərinin, Füzuli və Cəbrayıl icra hakimiyyətlərinin nümayəndələrinin və konfrans iştirakçılarının Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və onun tərəfdaşları olan Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və İstanbul Bilim Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda uşaq xəstəliklərinin müalicəsində ölkəmizdə və dünyada qazanılmış son tibbi nailiyyətlər haqqında region həkimlərinə geniş məlumat verilib.

Konfransda  Türkiyədən gələn professorlar ürək-damar cərrahı Bülent Polat və pediatrik kardioloq Yalım Yalçın,  Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov, ADHTİ Şüa Diaqnostikası Kafedrasının fetal təbabət üzrə mütəxəssisi  Azər Fərəc,  Mərkəzi Gömrük Hospitalın uzman pediatrı Telman Aytayev və  Mərkəzi Gömrük Hospitalın uzman uşaq cərrahı  Vüsal Cəfərov məruzələrlə çıxış ediblər.

Konfransda uşaq xəstəliklərinin müalicəsində ölkəmizdə və dünyada qazanılmış son tibbi nailiyyətlər haqqında region həkimlərinə geniş məlumat verilib.  Çıxışlarda uşaq ürək cərrahiyyəsinin bu günü və gələcəyi, anadangəlmə ürək qüsurları, fetal təbabət, prenatal diaqnostikada yeniliklər, uşaq cərrahiyyəsində təcili vəziyyətlər və s. bu kimi aktual məsələlərə toxunulmuş, müasir tibbin ən qabaqcıl yeniliklərinin tətbiqi müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında keçirilən xeyriyyə aksiyası Füzuli rayonu, Horadiz şəhərində 3 iyun tarixi daxil olmaqla  davam edir.















 





12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru

18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi


10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini

06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri



18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment