1 USD 1.7000   1 EUR 1.8799   1 AED 0.4628   1 ARS 0.0300   1 AUD 1.1552   1 BRL 0.4079   1 BYN 0.8312   1 CAD 1.2814   1 CHF 1.7147   100 CLP 0.2374   1 CNY 0.2399   1 CZK 0.0726   1 DKK 0.2518   1 EGP 0.1044   1 GBP 2.1349   1 GEL 0.5718   1 HKD 0.2170   100 IDR 0.0121   1 ILS 0.4836   1 INR 0.0239   100 IRR 0.0040   100 JPY 1.5763   1 KGS 0.0238   100 KRW 0.1428   1 KWD 5.5970   1 KZT 0.0044   100 LBP 0.1122   1 MDL 0.0964   1 MXN 0.0875   1 MYR 0.4066   1 NOK 0.1896   1 NZD 1.0702   1 PLN 0.4327   1 RUB 0.0265   1 SAR 0.4532   1 SDR 2.3309   1 SEK 0.1756   1 SGD 1.2361   1 TJS 0.1754   1 TMT 0.4857   1 TRY 0.2973   1 TWD 0.0549   1 UAH 0.0695   100 UZS 0.0181   1 XAG 30.4195   1 XAU 2557.7859   1 XPD 2783.7329   1 XPT 1602.5135   1 ZAR 0.1152   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 















Digər xəbərlər


“Mastercard” “KIT BEATS” texnologiyasını təqdim edir: Azarkeşlərin arzuları həyata keçir
31.05.2019

Bakı, FinanceTime. Fransız azarkeşlərin əksəriyyəti (50%) futbol qalibiyyətlərini qucaqlaşaraq, italyanlar atlanaraq (60%), almanlar qışqıraraq (44%), ingilislər nəzakətlə əl çalaraq (40%), türklər isə məğlub tərəfin azarkeşləri ilə dalaşmaqla qeyd edirlər (19%).

Bu statistikanın əsasında indiyəcən avropalı azarkeşlərin emosional tipləri haqqında aparılmış ən geniş araşdırma dayanır. “Mastercard”ın sifarişi ilə keçirilmiş sorğuda 9 ölkədən 14,838 respondent iştirak edib.

İsveçli azarkeşlərin 79%, alman azarkeşlərin isə 82%-i bildirib ki, sevimli komandalarının oyunu onların əhval-ruhiyyələrinə birbaşa təsir göstərir. Hər 5 türk respondentdən 3-ü isə matç zamanı dinə-imana gəldiyini və oyun zamanı komandalarının qalibiyyəti üçün dua etdiklərini etiraf edib.

Türk futbol azarkeşlərinin 91%-i düşünür ki, matçı stadiondan izləmək, meydançada futbol oynamaq qədər həyəcanlandırıcıdır. Portuqalların 58%, hollandların 52%, ispan azarkeşlərin isə 46%-i stadionda vəziyyət gərginləşən zaman ürək döyüntüləri ritminin artmasını təsdiq edirlər.

Futbolçular və azarkeşlər arasındakı emosional bağlılığı nəzərə alan “Mastercard” bu hissləri daha da gücləndirmək üçün yeni texnologiya tətbiq edib.“Kit Beats” adlı texnologiya vasitəsilə azarkeşlər sevimli futbolçularının real zamanda oyun vaxtı ürək döyüntülərini hiss edə biləcəklər. Bunun üçün hər iki tərəfin geyiminə xüsusi cihaz quraşdırılacaq.

Bu ayın əvvəli UEFA Çempionlar Liqası yarımfinal oyununda sınaqdan keçirilmiş texnologiya maskot uşaqlarilə onların valideynləri arasında birbaşa əlaqə yaradıb. Maskot təcrübəsi uşaqlara oyundan əvvəl öz sevimli futbolçuları ilə meydana daxil olmaq şansı verir. “Kit Beats”  texnologiyası isə həmin şanslı uşaqların valideynlərinə övladlarının qəhrəmanları ilə eyni stadionu paylaşarkən hiss etdikləri qiymətsiz həyəcanı ötürmək imkanı yaradıb.

“Mastercard”ın Avropa bazarlarında biznesin inkişafı və kommunikasiya üzrə baş vitse prezidenti Rouz Bomont bildirib ki, “Mastercard”ın əsas məqsədi azarkeşlərin həyəcanını ötürmək, həmçinin,stadionda oynayan futbolçularla eyni hissləri paylaşdıqlarını göstərməkdir: ”Emosiyaları necə ifadə etməyindən asılı olmayaraq, hər kəsin Madriddə baş tutacaq final oyunundan zövq alacağına ümid edirik. Bizim işimizin əsasında innovasiya dayanır və biz çalışırıq ki, innovasiyalar müştərilərimizin həyat səviyyəsini artırsın. Stadiondakı azarkeşlər oyunun ayrılmaz hissəsidir və “Kit Beats” azarkeşlərin oyun ərzində hisslərini futbolçulara ötürməkdə yardımçı olacaq.”

“Mastercard”ın və “The Lion”un əməkdaşlığı nəticəsində ərsəyə gəlmiş yeni texnologiyanın üzərində işlər 2018-ci ilin may ayından başlanılıb. “Kit Beats” ilk dəfə olaraq UEFA-nın Çempionlar liqasının yarımfinalında tətbiq olunub. Texnologiya ötürücü vasitəsilə əlaqələndirilmiş iki intelektual cihaz vasitəsilə işləyir. Ötürücü bir insanın ürəyindən çıxan siqnalları dərhal digər istifadəçinin ürəyinə ötürür. “Kit Beats” haqqında məlumatı aşağıdakı linkə daxil olaraq əldə edə bilərsiniz:

https://www.youtube.com/watch?v=cwDqjmSmtMQ

İdman psixologiyası üzrə mütəxəssis Brendli Buş bildirir ki, futbolu digər idman növlərindən fərqləndirən əsas cəhətlərdən biri azarkeşlərlə komandaları arasında yaranmış sıx əlaqədir. Bəzi azarkeşlər üçün futbol oyundan daha artıqdır.

Sorğuda iştirak etmiş respondentlərin 4-də 3-ü düşünür ki, azarkeşlər də komandanın oyunçular kimi əsas hissəsidir. Fransada belə düşünənlər respondentlərin 73%-ni təşkil edir.

Ümumi olaraq Avropada 39%, təkcə İtaliyada isə 68% azarkeş bildirir ki, eyni komandaya azarkeşlik edən həmfikirlərini ailə üzvləri kimi qəbul edir. Araşdırma zamanı əldə olunmuş nəticələrmatç zamanı yaranan ortaq emosiyaların azarkeşlər arasında ictimai birlik hissini artırdığını deməyə əsas verir.

 

“Mastercard” haqqında:

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.





12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru

18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi


10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini

06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri



18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment