Bakı, FinanceTime. 17 may 2019-ci il tarixində Bakı Fond Birjasında “Met-Ak”MMC-nin AZ2003020271 ISIN-li, 3 mln manat həcmində, 1 il (366 gün) tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Yerləşdirmə zamanı hərrac qiyməti 1000,00 AZN olmuşdur. Sifarişlər 8 investor tərəfindən təqdim edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3 mln manat olmuşdur.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 3 mln manat təşkil etmişdir.
İstiqrazların ödəmə tarixi 17 may 2020-ci ildir.
“Met-Ak”MMC-nin istiqrazları Bakı Fond Birjasının standart bazar seqmentində listinqdədir.