Bakı, FinanceTime. 14 may 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104005746 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 19 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10 %)və 93.8405 AZN (6.6%)olan 26 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 93.1450 AZN (7.4%), orta ölçülmüş qiyməti 93.1998 AZN (7.3365%)müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 75,228,500.00AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 12 may 2020-ci il.
Hərrac iştirakçıları 15 may 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.