|
|
|
Fond birjası | | | Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir |
08.05.2019 | |
| |
Bakı, FinanceTime. 8 may 2019-ci il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC – nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :
Qiymətli kağızın ISIN kodu
|
AZ2036008681
|
Emissiya həcmi
|
20 000 000 AZN
|
Nominal qiyməti
|
1000 АZN
|
Hərrac qiyməti
|
1013.3333 AZN
|
İstiqrazların tədavül müddəti
|
23 il (8280 gün)
|
Faiz dərəcəsi
|
3 %
|
Faiz gəlirinin ödəniş müddəti
|
6 aydan bir (180 gün)
|
Anderrayter
|
PSG-Kapital İŞ QSC
|
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
AİF-in ipoteka istiqrazlarının baza emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
|
|
|
|