Bakı, FinanceTime. 16 aprel 2019-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104004749 ISIN-li, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 18 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10.0000%)və 93.4100 AZN (7.0937%)olan 28 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.4768 AZN (8.1800%), orta ölçülmüş qiyməti 93.0444 AZN (7.5167%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 83 441 300.00 AZN yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 14 aprel 2020-ci il.
Hərrac iştirakçıları 17 aprel 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.