1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Bu il Novruz festivalı yeni konseptdə təqdim olunacaq
19.03.2019

Bakı, FinanceTime. Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bu ilki Novruz şənlikləri festival formatında təşkil olunaraq 7 gün davam edəcək. 

Martın 19-dan etibarən Azərbaycanın tarixi ənənələrinin və mədəniyyətinin xarici turistlərə çatdırılması, tarixi kökləri, mahiyyəti və adət-ənənələrinə görə digər bayramlardan fərqlənən Novruz bayramı günlərinin daha maraqlı etmək məqsədilə təşkil olunan festival “Sahil bağı”nda mart ayının 24-dək davam edəcək.

Tədbirlərin keçiriləcəyi ərazi Novruz elementləri və 4 çərşənbəyə müvafiq təbiət rəmzlərinə uyğun dekorasiya edilərək, tematik olaraq bir neçə hissəyə bölünəcək. Həmçinin ərazidə istirahət, satış, səhnə və əyləncə üçün xüsusi sahələr ayrılacaq. 

Hər gün saat 11-dən 21:00-dək, xüsusi bayram proqramının təşkil olunacağı 19, 20 və 21 martı əhatə edəcək bayram günlərində isə 23:00-dək davam edəcək şənliklər ərzində dulusçu, xalçaçı, papaqçı, xarrat, kuklaçı, zərgər kimi sənərkarların əl işləri nümayiş etdiriləcək, master-klasslar göstəriləcək, həmçinin həmin məhsulların satışı üçün yarmarka təşkil olunacaq. 

Festival boyunca məşhur kulinarlar tərəfindən milli mətbəx nümunələri hazırlanacaq, animatorlar çıxış edəcək, əyləncəli və musiqili proqram qonaqlara təqdim olunacaq. 

Festivalda UEFA-nın Avropa liqasının finalının brend zonası yaradılacaq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən futbol meydançası qurulacaq və idmançılarla imza günləri təşkil ediləcək. 

İlk dəfə olaraq bayram günlərində Novruz personajları – Bahar qız, Kosa, Keçəl,  eləcə də bayramın özü və çərşənbələrin personalizasiyası ilə yeni konsepsiyada musiqili teatr tamaşası (muzikal) nümayiş etdiriləcək. Musiqili teatr 3 gün boyunca axşam saat 8-dən etibarən festival ziyarətçilərinə təqdim olunacaq. Teatrda Novruz bayramı ilə bahar fəslinin sevgisi,  xeyir və şərin əbədi mübarizəsi, sonda sevginin və xeyirin qalibiyyəti təsvir olunur. 

Qeyd olunan tədbirlər xalqımız tərəfindən min illərdir qorunub yaşadılan və qədim adət-ənənələri özündə ehtiva edən Novruz bayramına yeni müasir baxışı yeni turizm brendimiz “bir daha bax” konsepsiyasına uyğun olaraq əks etdirəcək. 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment