1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Azərbaycan Beynəlxalq Bankı ilk Bakı Kouçinq və Liderlik Konfransına dəstək verəcək
14.03.2019

5 aprel 2019-cu il tarixində 1-ci Bakı Kouçinq və Liderlik Konfransı keçiriləcək. Konfransın sloqanı “İndi dəyişiklik zamanıdır”. Beynəlxalq Kouç Federasiyası, Azərbaycan-Amerika Ticarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə keçirilən konfransa ölkəmizdə insan kapitalının inkişafına daim önəm verən Azərbaycan Beynəlxalq Bankı da dəstək göstərəcək.

1-ci Bakı Kouçinq və Liderlik Konfransında Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada və Birləşmiş Krallıqdan tanınmış kouçlar və liderlik üzrə mütəxəssislər bir araya gələcək. Toplantıda iş dünyasından 300-dən çox mütəxəssisin və idarəçinin iştirakı gözlənilir. Öyrənmə və beynəlxalq təcrübənin mənimsənilməsi üçün geniş imkanlar yaradan bu konfransda Azərbaycan Beynəlxalq Bankı təmsilçiləri də iştirak edəcək.

Azərbaycan Beynəlxalq Bankı 1-ci Bakı Kouçinq və Liderlik Konfransında iştirak arzusunda olanlara maraqlı bir imkan da yaradır. Yaxın günlərdə bankın Facebook sosial şəbəkəsindəki korporativ səhifəsində bununla bağlı müsabiqə elan ediləcək. Müsabiqənin 2 qalibi konfransda iştirak hüququ qazanacaq. Konfrans haqqında ətraflı məlumatı www.clcbaku.com səhifəsindən əldə etmək olar. Tədbirdə iştirak üçün bileti isə buradan sifariş vermək mümkündür: https://clcbaku.ticketsetup.com

Kouçinq insanların könüllü, şüurlu və planlı şəkildə öyrənmə, fərdi inkişaf prosesidir. Kouçinqin əsas məqsədi şəxslərin potensialının üzə çıxarılması, onlarda özünəinamın və motivasiyanın artırılması, əldə etdikləri müsbət nəticələrin maksimum səviyyəyə qaldırılmasıdır. Bu cür tədbirlər isə Azərbaycanda kouçinqin yeni bir istiqamət kimi inkişafı, bu sahədə xarici təcrübənin öyrənilməsi, daha çox şəxsin kouçinqin imkanlarından faydalana bilməsi baxımından əhəmiyyətlidir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment